Şrift:
İranın səhər 2 kanalı Səfər Əbiyəvin səfərindən hələdə danışmaqdadır
26.03.2012 [13:54] - Siyasət
müdafiə naziri Səfər Əbiyev İranda səfərdə oldu.

Bildirək ki, neçə gündür İranın təbliğat maşını həmin səfəri Azərbaycan əleyhinə istifadə etməkdədir. Hətta nazirimizin İran mətbuatı qarşısındakı çıxışından da gen-bol yararlanırlar.

Bu işdə xüsusi olaraq fərqlənəni isə artıq Azərbaycan əleyhinə fəaliyyətdə ad çıxarmış «Səhər» kanalıdır.İranda olarkən müdafiə naziri Səfər Əbiyevdən molla rejiminin jurnalistləri bu günlərdə İsraillə bağlanan hərbi müqavilə əlaqədar suallar da veriblər.

Həmin sualları cavablandırarkən nazirimizin dilinin topuq vurduğu açıq-aydın görünür və bu kadrı da «Səhər» kanalı durmadan yayınlayır.Müşahidələrimiz nəticəsində şahidi olduq ki, İran kanalı eyni zamanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi də kəskin şəkildə tənqid edir.

PA rəhbərini yəhudilərlə işbirliyində ittiham edən molla təbliğat maşını bu işdə bəzi müxalifət qəzetlərini də Ramiz Mehdiyevə işləməkdə suçlayır.Qeyd edək ki, dəfələrlə «Səhər» kanalının antiAzərbaycan fəaliyyəti hətta hökumətlərarası müzakirələrin də predmeti olub.

Amma buna rəğmən, dəfələrlə rəsmi Tehranın bu əkstəbliğata son qoyacağı ilə bağlı vədlər verməsinə baxmayaraq, dünən günboyu «Səhər» kanalında Azərbaycanın dövlət rəsmiləri çox təhqirdici ifadələrlə aşağılanıblar.

Hər halda, bu kimi faktların qarşılığında hər dəfə «biz İranla mehriban qonşuluğun tərəfdarıyıq» şəklində açıqlama verən rəsmi Bakının molla rejiminə layiqli cavab verməsinin tam zamanı yetişib.

Çünki hədəfdə istənilən halda Azərbaycanın dövlət müstəqilliyi və Azərbaycan xalqıdır.Onu da qeyd edək ki, Səfər Əbiyevin İran səfəri tək molla mətbuatının qarşısında özünü itirməsi ilə yadda qalmayıb. O, həm də tərsinə asılmış dövlət bayrağımızın önündəki fəxri duruşu ilə də polemikaya nədən olub.
Bu xəbər oxucular tərəfindən 1490 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed