08.12.2016 [10:32] - İqtisadiyyat
Dekabrın 6-da Ukrayna paytaxtının Milli Nəqliyyat Universitetində “Beynəlxalq əməkdaşlığın inkişafı kontekstində davamlı nəqliyyat üzrə qlobal konfrans” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın – GUAM-ın baş katibi Altay Əfəndiyev və Katibliyin iqtisadi məsələlər üzrə proqram əlaqələndiricisi Səbuhi Temirov iştirak ediblər. Bu barədə GUAM-ın Kiyevdəki qərargahından məlumat verilib.
Baş katib GUAM-ın üzvü olan ölkələrin sahə təşkilatlarının rəhbərləri tərəfindən təsdiqlənmiş nəqliyyat dəhlizinin inkişaf konsepsiyası və onun icrasının gedişatı barədə tədbir iştirakçılarına məlumat verib.
Altay Əfəndiyev həm Şərqdən Qərbə, həm də Cənubdan Şimala olan regional nəqliyyat marşrutlarının çoxunun kəsişdiyi GUAM-ın nəqliyyat dəhlizinin xüsusi coğrafi üstünlüklərini qeyd edib. Bununla əlaqədar, baş katib alternativ marşrut olan Şərq-Qərb dəhlizinin, yaxud Yeni İpək Yolunun əsas qovşağı kimi GUAM-ın nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayıb.
Baş katib qeyd edib ki, Türkmənistanın bütün istiqamətlərdə yük axınlarını təmin etmək üçün böyük tranzit potensialı var. Odur ki, nəqliyyat sahəsində əməkdaşlığın inkişafında Türkmənistanın fəallaşması təqdirəlayiq haldır.
A.Əfəndiyev GUAM-a üzv dövlətlərin və Qazaxıstanın hökumət başçılarının 2017-ci ilin əvvəlinə planlaşdırılan görüşündən, habelə İşgüzar Forumdan danışaraq bildirib ki, bu tədbirlərdə nəqliyyat və ticarət məsələlərinə xüsusi diqqət yetiriləcək.
Zeynal Ağazadə

Bu xəbər oxucular tərəfindən 456 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |