Şrift:
Türkiyə Suriyadakı səfirliyini bağlayıb
26.03.2012 [16:04] - Siyasət
Türkiyə hökuməti Suriyanın paytaxtı Dəməşq şəhərindəki səfirliyinin bağlanması haqqında qərar qəbul edib.

«France-Presse» agentliyinin verdiyi məlumata görə, diplomatik mənbələrin xəbərinə əsasən, artıq bu gün səfirlik fəaliyyətini dayandırıb və bütün əməkdaşlar diplomatik missiyanı tərk ediblər. Buna səbəb isə Suriyadakı vəziyyətin gərginləşməsi olub.

Bununla yanaşı bildirilir ki, rəsmi Ankara Suriyanın şimalında yerləşən Hələb şəhərindəki konsulluğu hələlik bağlamamaq qərarına gəlib.

Xatırladaq ki, indiyədək bir neçə dövlət, o cümlədən ABŞ, Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ, Küveyt və s. ölkələr Suriyadakı səfirliyini bağlayıb. Yaxın günlərdə Yaponiya da analoji addım atacağını bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed