Şrift:
Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 12-də atılacaq
08.12.2016 [11:16] - İdman
Dekabrın 12-də futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.
Püşkatmada qrup birinciləri kimi İngiltərənin "Arsenal" və "Lester", İspaniyanın "Barselona" və "Atletiko", İtaliyanın "Napoli" və "Yuventus", Fransanın "Monako" və Almaniyanın "Borussiya" komandaları iştirak edəcək. Qrup mərhələsini ikinci pillədə başa vuranlar isə İspaniyanın "Real Madrid" və "Sevilya", Almaniyanın "Bavariya" və "Bayer", İngiltərənin "Mançester Siti", Fransanın PSJ, Portuqaliyanın "Benfika" və "Portu" klublarıdır.
Püşkatmada komandalar iki səbətdə yer alacaq. Qrup birinciləri 1/8 finalda ikinci pillənin sahibləri ilə görüşəcək. Mərhələnin ilk oyunları 2017-ci ilin 14-15 və 21-22 fevralında, cavab oyunları isə 7-8 və 14-15 martda keçiriləcək.
Bolqarıstanın "Ludoqorets", Türkiyənin "Beşiktaş", Almaniyanın "Borussiya" (Münhenqladbax), Rusiyanın "Rostov", İngiltərinin "Tottenhem", Polşanın "Legiya", Danimarkanın "Kopenhagen" və Fransanın "Lion" klubları isə yoluna Avropa Liqasının 1/16 final mərhələsində davam edəcək.
Qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalının püşkatması gələn il martın 17-də keçiriləcək. Oyunlar 11-12 və 18-19 apreldə keçiriləcək. Yarımfinal mərhələsinin püşkatması aprelin 21-də olacaq. Finala gedən yolda komandalar 2-3 və 9-10 mayda üz-üzə gələcək.
Final görüşü isə iyunun 3-də olacaq.
Bu xəbər oxucular tərəfindən 501 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed