Şrift:
TÜRKSOY 2017-ci ili “Molla Pənah Vaqif ili” elan edib
08.12.2016 [11:22] - Xəbərlər, Mədəniyyət
Bir neçə gün öncə Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib. TÜRKSOY-un saytına istinadən verdiyi məlumata görə, iclas zamanı 2017-ci ilin “Molla Pənah Vaqif ili” olması barədə qərar qəbul olunub. Bu qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik yubileyi ilə əlaqədar qəbul olunub. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatı tarixində ana dilli şeirmizin yenidən canlanması yönündə möhtəşəm əməyi olan söz ustadlarımızdan biri sayılır. Onu həm Azərbaycanda, həm də Türkmənistanda milli intibah ədəbiyyatımızın banisi sayırlar. Məhz Molla Pənah Vaqifin ədəbi isrimizə gətirdiyi yenilik sayəsində fars-ərəb dilli ədəbi baxışlar da tədricən yoxa çıxıb.
TÜRKSOY-un Şəki toplantısında “Türk dünyasının mədəniyyət paytaxtı” da məlum olub. Gələn il bu adı Qazaxıstanın Türküstan şəhəri daşıyacaq.
Qeyd edək ki, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şəki şəhəri idi.
Bu xəbər oxucular tərəfindən 683 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed