08.12.2016 [14:11] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev "Azərbaycan Respublikası 2017-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanun layihəsi ilə baglı Milli Məclisdə çıxışı zamanı qaldırdığı 11 məsələ
1.Hələ də iqtisadiyyatımız xam neft ixracından asılı olan iqtisadiyyatdır.Xam nefti heç olmazsa , yarım fabrikat və ya son məhsula çevirib, ixrac edən neft iqtisadiyyatı qursaydıq narahatlıq bir az azalardı,təəssüf ki,belə deyil.Hökumətdən bu məsələyə aydınlıq gətirməsini istəyirəm.
2.2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarında istifadə üçün idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat pul ayrılıb.1-ci Avropa Olimpiya oyunları zamanı kifayət qədər idman obyekti tikilib, mövcud idman obyektlərinin sahmana salınması ilə tələbat ödənilə bilər, nədən yenidən bu qədər vəsait xərclənməlidir?. Bu izah olunmalıdır. Bu vəsait 9min qəzalı vəziyyətdə olan mənzildə yaşayan ailənin təcili mənzillə təmin olunmasına sərf oluna bilər.
3.Cərimə və sanksiyalara üzrə daxilolmalar-101 milyon manat müəyyənləşdirilib.
1milyon manat isə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar müəyyənləşdirilib.
Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar 89 milyon manat müəyyən olunub.Bunun 5 milyonu fiziki şəxslərin gəlir vergisi üzrə maliyə sanksiyalarından nəzərdə tutulub.Bunu hökumət necə izah edə bilər?Bəlkə 2017-ci il intizamli sürücülər və vergi ödəyiciləri ili olacaq?Bu cərimələr necə proqnozlaşdırılıb? Vergi ödəyiciləri və sürücülərdən min bir yolla pul yığın demək deyilmi bu?
4.Işıq,qaz,istilik,kommunal sektorların mülkiyyət dövlətdə qalmaqla işlətməyə verməyi 7 ildir büdcə müzakirələrində təklif edirəm.Bu baş versə idi bu günkü qiymət artımı problemi,idarəetmədəki nasazlıq və bu sahələrə böyük vəsait ayrılmaları da olmazdı-əksinə bu sahələr vergi ödəyicisi kimi büdcəyə vəsait verəcəkdi. Nəhayət ki,bu nəzərə alənacaqmı?
5.Enerji daşıyıcılarının qiymət artımı
İqtisadi siyasətdə əsas prioritetlərdən olan istehlakçı inamının artması və işsizlik səviyyəsinin azalması prinsipləri Qiymət artımları ilə ciddi zədə alacaq.
Enerji daşıyıcılarının qiymət artımı bütün sahələrə təsir edəcəkdir.Bazarda xaricdən idxal olunan istehlak mallarının qiymətinin artması manatın məzənnəsinə də mütləq təsir edəcək.Bu isə kredit borcu olanların vəziyyətini bir az da ağırlaşdıracaq. Ona görə də əmək haqqları,təqaüdlərin artırılmasında hökumət yubanmamalıdır.
Əgər qiymət artımı ilə bağlı qərar ləğv olunmasa bu dəyişikliklərdən ən çox əziyyət çəkən istehlakçılar və biznes olacaq. Ona görə hökumətə qiymət artımı ilə bağlı qərarın ləğv olunmasını təklif edirəm.
6.İctimai nəqliyyatda qiymət artımı
2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb. Yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilərsə nəzərə almaq lazımdır ki, metroda gediş haqqının artırılması avtobusda və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracaq. Növbəti ildən gözlənilən qiymət bahalaşmalarından biri də metroda sərnişinlər üçün gediş haqqının artırılması ola bilərmi?
7.Azərbaycanın xarici dövlət borcu
2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyı-bank quruimları və kredit təşkilatları ilə 10,6 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Xarici dövlət borcunun 53,2 faizi 10 ilə qədər müddətə qaytarılmalıdır.İqtisadiyyatın indiki durumunda bu mümkündürmü?
8. Olduqca kiçik faizlərlə kredit veririk ,özümüz isə başqa mənbələrdən böyük faizlə kredit götürürük-Xüsusən Banklarımız.Bu məsələyə də hökumətin aydınlıq gətirməsinin istərdim.
9.Azərbaycanda özəlləşdirmə
Azərbaycanda özələşdirmə prosesi çox biyabırçı şəkildə həyata keçirilir. Dövlətin maliyyə vəsaiti hesabına dövlətə məxsus obyektlər bir sıra hallarda yaxşı vəziyyətə gətirilib, əsaslı təmirinə külli miqdarda pul buraxıldıqdan sonra aşağı qiymətlərlə özələşdirməyə çıxarılır. Ya da gözəgəlimli obyekti fəaliyyətsiz hala saldıqdan sonra onu ələ keçirirlər. Bu hal aradan qaldırılmalıdır. Dövlət obyektləri dövlətə maliyyə vəsaiti cəlb etmək üçün özəlləşdirməyə çıxarılır, tədiyyə balansında yaranan kəsiri qapatmaq üçün özəlləşdirmə bir vasitə kimi nəzərdən keçirilə bilər. Özəlləşdirmə real bazar qiymətində dəyərləndirmə ilə aparılacaqmı?
10.Real islahatlar
Artıq həssaslıq artıb və hökumət vəziyyətin ağırlığını anlayıb, real islahatlara getməlidir
Dünya Bankı da makroqitisadi sabitliyin təmin olunması məqsədilə islahatların aparılması zamanı Azərbaycan hökumətinə əhalinin həssas təbəqələrinə qarşı diqqəli olmağı tövsiyyə edib. Azərbaycan hökumətinə 5 bənddən ibarət tövsiyyələr verilib. Növbəti iıdə tövsiyələr həyata keçiriləcəkmi?
11.Ölkənin valyuta ehtiyatları manatın kursunun saxlanmasına sərf olunur ki, bu da ölkə iqtisadiyyatına çox ciddi zərbə vurur. Bu məncə itirilmlş vəsaitdir . Bu yanlış yanaşmanın nəticəsidir ki,
Ötən ilin analoji dövrü ilə müqayisədə isə Azərbaycan Mərkəzi Bangınin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 35,78% və ya 2 mlrd. 234,6 mln. dollar azalma olub.
Pul siyasətinə iqtisadiyatda baş verən proseslər müstəvisində yenidən baxmaq vacibdir.
Fərəc Qulyevin həmin çıxışının tam mətnini İZLƏMƏK üçün :
TIKLAYIN

Milli Dirçəliş Hərəkatı Partiyası mətbuat xidməti
Fərəc Qulyevin həmin çıxışının tam mətnini İZLƏMƏK üçün :
TIKLAYIN
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |