08.12.2016 [14:52] - Sosial
Hazırda da ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etməkdədir. Bəzi yerlərdə qar yağıb, ayrı-ayrı yerlərdə isə intensivləşib.
Daşkəsən rayon icra hakimiyyətinin sənədlər və vətəndaşların müraciəti şöbəsinin müdiri Əhmədov Sahib Daşkəsənə gün çıxdığını deyib.
“Amma rayon ərazisində güclü şaxta var. Dünən axşamdan başlayaraq rayon ərazisinə güclü qar yağıb. Rayon ərazisində qar örtüyünün hündürlüyü təxminən 25-30, kəndlərdə isə 35-40 sm-dir. İcra başçısının tapşırığına əsasən yollar nizamlanıb. Əvvəlcədən qışa hazırlıq görülüb. Hansı kəndlərdə də çovğun, çökəklər olursa icra başçısının tapşırığına əsasən həmin ərazilərə nümayəndələr cəlb olunurlar. Yaranmış problemlər həll olunur. Ümumilikdə heç bir narahatçılıq yoxdur. Məktəblər öz ahəngi ilə fəaliyyətini davam etdirir. Əhali fasiləsiz olaraq qaz, su və işıqla təmin olunurlar”.
Lerik Fövqəladə Hallar Komissiyasının sədrinin müavini Əflatun İbrahimov hazırda Lerikə elə də güclü qar yağmadığını bildirib.
“Qar örtüyünün hündürlüyü təxminən 2-3 sm-dir. Güclü şaxta müşahidə olunmur. Kəndlərlə tez-tez əlaqə saxlanılır. Əhaliyə qazı, suyun və işığın verilməsində heç bir məhdudiyyət yoxdur. Rayon və kəndlərdə yollar açıqdır. Lerikdə ümumi vəziyyət isə hazırda normaldır”.
Qusarın icra başçısının birinci müavini Şaid Fərəməzov hazırda Qusara qar yağmadığını bildirib.
“Dünən axşam isə rayon ərazisinə qar yağıb. Qusarın dağlıq ərazilərinə biraz çox qar yağıb. Amma rayonun özünə isə bir o qədər də qar yağmayıb. Hazırda rayon ərazisində təxminən 7 dərəcə şaxta var. Magistral və rayon ərazisindən kəndlərə gedən yollar səhər saatlarından təmizlənib. Yollarda demək olar ki, heç bir problem yoxdur. Əhali fasiləsiz olaraq qaz, su və işıqla təmin olunurlar. Məktəblər və digər qurumların fəaliyyətində heç bir fasilə yaranmayıb”.
Quba rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Qoşqar Həsənov hazırda güclü qarın yağdığını deyib.
“Qar örtüyünün hündürlüyü rayonda 10-12 , kəndlərdə isə 18-20 sm-dir. Xınalıqda da qarın hündürlüyü 20-25 sm təşkil edir. Biz tez-tez kəndlərlə əlaqə saxlayırıq. İcra başçısının tapşırığına əsasən yollar qardan və buzdan təmizlənir. Yollara ehtiyyat üçün saxlanılmış duz və qum səpilir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Rayon əhalisi fasiləsiz olaraq qaz, su və işıq ilə təmin olunurlar. Qubada ümumi vəziyyət isə normaldır”.
Mirmahmud KAZIMOĞLU

Bu xəbər oxucular tərəfindən 537 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |