Şrift:
"Qəbələ" Avroliqanın qrup mərhələsindəki sonuncu oyununda da məğlub olub
09.12.2016 [10:14] - Gündəm, İdman
"Qəbələ" komandası futbol üzrə Avropa Liqasında mövsümün son oyununu keçirib.
Qrupdan çıxmaq şansını hələ IV turda itirən baş məşqçi Roman Qriqorçukun komandası Almaniyada "Maynts"ın qonağı olub. "Qırmızı-qaralar" yenə meydanı məğlub tərk edib. Bundesliqa təmsilçisi ilk hissədə vurduğu 2 cavabsız qolla qalib gəlib. Bununla da "Qəbələ" qrupda keçirdiyi 6 matçın hamısında uduzaraq mübarizəni xalsız başa vurub. "Qırmızı-qaralar" qrupda debüt etdiyi ötən mövsümdə də qalib gəlməyib, amma PAOK-la matçlarda qolsuz bərabərliklər sayəsində 2 xal toplaya bilib.
Avropa Liqası, qrup mərhələsi, VI tur
C qrupu
22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan) - 2:0
Qollar: Aleksandr Hakk, 30, Pablo De Blazis, 40
Baş hakim: Simon Li Evans
Yan xətt hakimləri: Qaret Vin Cones, Leviss Ross Edvards
Əlavə köməkçi hakimlər: Brin Marxam-Cones, Nik Pratt
Dördüncü hakim: Daniel Bekett (hamısı Uels)
Hakim-inspektor: Are Habiçt (Estoniya) UEFA nümayəndəsi: Eamon Nauqton (İrlandiya) Maynts. "Maynts Arena"
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed