27.03.2012 [11:23] - Gündəm
“İsrail atom bombası istehsal edib-etməməsi ilə bağlı kəşfiyyat məlumatları almaq üçün İranda gizli əməliyyatlar həyata keçirir”.Bu barədə Böyük Britaniyanın “The Sunday Times” qəzeti yazıb.Xəbərdə bunun üçün israilli komandosların Şimali İraqdan keçərək İrana girdikləri və gizli əməliyyatlar həyata keçirdikləri bildirilir. Qəzet israilli komandosların dəlil əldə etmək üçün havadakı radioaktivliyi ölçmək məqsədilə xüsusi cihazdan da istifadə etdiklərini yazır. Bundan əlavə, xəbərdə İsrailin bir neçə ildir bölgədə kəşfiyyat əməliyyatları həyata keçirdiyi vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |