09.12.2016 [13:59] - Gündəm, İqtisadiyyat
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Zərdab rayonunda vətəndaşları qəbul edib.
Nazirlikdən verilən məlumata görə, görüşdə Zərdab, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edilib.
Müraciətlər imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzil və reabilitasiya vasitələri, bərpa müalicəsi xidmətləri ilə təmin edilməsi, əmək hüquqlarının müdafiəsi, pensiya və digər sosial təminat növlərinə hüququn müəyyən olunması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlbolunma və s. məsələləri əhatə edib. Nazirliyin struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə keçən qəbul zamanı hər bir müraciətə diqqətlə yanaşılıb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılması təmin olunub. Ayrı-ayrı məsələlər araşdırılaraq nəticəsi əsasında tədbirlər görülməsi üçün nəzarətə götürülüb.
S.Müslümov bildirib ki, əvvəlki illərdə olduğu kimi, növbəti ilin dövlət büdcəsi də sosialyönümlü xarakter daşıyacaq.
Nazir cari il 258 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin edildiyini bildirib: “Zərdab, Ucar, İmişli, Beyləqan və Füzuli rayonlarında 26 ədəd fərdi yaşayış evi bu təbəqələrdən olan şəxslərin istifadəsinə verilib. Həmçinin Beyləqan rayonunda bu ilin may ayında 54 mənzilli yaşayış binası Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Yaxın vaxtlarda Kürdəmir rayonunda 8 ədəd, Füzuli rayonunda 4 ədəd fərdi yaşayış evi də bu təbəqələrə aid vətəndaşlara veriləcək. Bu rayonlarda həmin imtiyazlı insanlar üçün mənzil tikintisi hazırda davam etdirilir və qarşıdakı dövrdə də yeni evlərin tikintisi nəzərdə tutulur”.
S.Müslümov vətəndaşların reabilitasiya vasitələri, bərpa-müalicə xidmətləri ilə təmin edilmələri, aktiv əmək bazarı proqramlarına cəlb olunmaları və s. ilə əlaqədar nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib. Habelə ayrı-ayrı vətəndaşlara yaşadıqları ərazi üzrə münasib işlərlə təmin edilmələri üçün vakant iş yerləri təklif olunub və onlara seçdikləri iş yerlərinə göndərişlər təqdim edilib.
“Zərdab, Ucar, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonları üzrə bu ilin yanvar-noyabr aylarında 3175 nəfər nazirliyin məşğulluq orqanları vasitəsilə münasib işlərlə təmin olunub, 104 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib”, - deyə S.Müslümov vurğulayıb.
Nazir qeyd edib ki, özünüməşğulluq proqramının icrası işlərinin bu 7 rayonu da əhatə etdiyini diqqətə çatdırıb: “Hazırda özünüməşğulluq proqramı üzrə təlimləri bitirənlər üçün biznes-planların qiymətləndirilməsi prosesi davam edir. Müsbət haldır ki, indiyədək qiymətləndirmədən keçənlərin 80 faizdən çoxunun biznes-planları uğurlu hesab edilib. Onların ailə bizneslərinin qurulması üçün mal və materiallarla təmin olunmalarına yaxın vaxtlarda başlanacaq”.
Nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |