Şrift:
MDHP Qarabağ Departamentinin cəbhə xəttində yaranmış son vəziyyətlə əlaqədar BƏYANATI
09.12.2016 [14:59] - Xəbərlər, Hərb, Siyasi partiyalar
Milli Dirçəliş Hərəkatı Partiyasının Qarabağ Departamenti 8 dekabr 2016-cı il tarixində geniş tərkibli toplantısını keçirib. Toplantıda cari ildəki fəaliyyətlə bağlı Departamentin sədri Şakir Ağayevin hesabatı dinlənilib və bununla bağlı aparılan müzakirələrdən sonra Departamentin fəaliyyəti məqbul hesab edilib. Toplantı iştirakçıları Qarabağ Departamentinin növbəti il üçün fəaliyyət proqramını və tədbirlər planını da müzakirə edərək, qəbul ediblər. Sonda, cəbhə xətdindəki vəziyyət və Qarabağın azad edilməsi istiqamətində hökumətin hazırkı fəaliyyəti müzakirə edilərək bəyanat qəbul edilib. Bəyanatın mətni aşağıdakı kimidir:


Milli Dirçəliş Hərəkatı Partiyası
Qarabağ Departamentinin
cəbhə xəttində yaranmış son
vəziyyətlə əlaqədar


BƏYANATI


Bu ilin dörd günlük aprel döyüşlərində Azərbaycan ordusu tərəfındən sarsıdıcı zərbə alan işğalçı Ermənistan ordusu Lələtəpə yüksəkliyini və bir sıra əraziləri tərk etməyə məcbur olmuşdur. Döyüşlərin nəticəsindən sarsılan Ermənistan rəhbərliyi forpostu olduğu Rusiya tərəfındən göstərilən hərbi yardımlardan ürəklənərək, yenidən cəbhə xəttində fəallaşaraq müxtəlif təxribatlar törədir, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir, bir sözlə işğal altında saxladıqları ərazilərdən geri çəkilməyəcəkləri barədə Azərbaycan tərəfə mesajlar verir.
ATƏT-in Minsk Qrupunun üzvlərinin və bir sıra dövlətlərin Qarabağ məsələsinin həllində ikili standartlara yol verməsi, işğalçıya-işğalçı deməməsi, həmsədr dövlətlərin, o cümlədən Rusiyanın Ermənistana aprel Döyüşlərindən Raket kompleksləri, müasir tanklar, odsaçar qurğular, pilotsuz uçuş aparatları və hərbi təyyarələr verməsi, Ermənistan rəhbərliyinin sülh danışıqlarından imtina etməsinə səbəb olmaqla yanaşı, işğalçı ölkənin Azərbaycana hədə-qorxu gəlməsi ilə nəticələnmişdir.
ATƏT-in Minsk Qrupunun əsas söz sahibi olan üzvü Rusiyanın işğalçı ölkəyə hərbi yardımı azmış kimi, işğalçı ordu ilə Hərbi birləşmə yaratması barədə saziş imzalaması dünya təcrübəsində analoqu olmayan hadisə kimi qiymətləndirilir.
MDHP-nin Qarabağ Departamenti ərazilərimizin işğaldan azad edilməsində bir sıra dövlətlərin və ATƏT-in Minsk Qrupunun ikili standartlarla yanaşmasına öz etirazını bildirməklə yanaşı, işğal olunmuş Azərbaycan torpaqlarının danışıqlar yolu ilə mümkün olmayacağını nəzərə alaraq, hərb yolunun düzgün seçim olduğunu dəstəkləyir və

Bəyan edir:



1. ATƏT-in Minsk Qrupunun 20 ildən artıq fəaliyyətinində ikili standartlara yol verdiyi və bu səbəbdən Qarabağ məsələsinin həll edilmədiyini nəzərə alaraq, qrupun fəaliyyətindən imtina edilsin.
2. İşğalçı ölkəyə Azərbaycan torpaqlarını işğaldan azad etməsi üçün üç ay vaxt verilməsi barəda Dünya birliyi ölkələrinə, NATO və BMT-yə məlumat verilsin.
3. Azərbaycan bütün ərazisində təşviqat məqsədilə “Ana Vətən Çağırır!” və “Vətən oğlu- Vətən dardadır” yazılmış plakatlar quraşdırlsın.
4. Azərbaycan ərazisində Hərbi Səfərbərlik elan edilsin və sosial mövqeyindan asılı olmayaraq hərbi Mükəlləfıyyətli Azərbaycan vətəndaşı səfərbərliyə cəlb olunsun.
5. 1-ci Qarabağ Döyüşlərində iştirak edən, hərbi səriştəyə malik olan, döyüş bölgələrinə bələd olan hərbiçilərdən partizan dəstələri yaradılaraq cəbhəyə göndərilsin.
6. İşğalçı dövlətin qoşunları qoyulan vaxt ərzində işğal olunmuş ərazilərdən çıxmadığı təqdirdə hərbi əməliyyatlara başlanılsın.


Döyüşlərə start verilərsə, MDHP-nin hər bir üzvü, o cümlədən Qarabağ Departamentinin üzvləri partiyanın sədri Fərəc Bəy Quliyevin rəhbərliyi altında ön cəbhədə olacaq və aprel döyüşlərində olduğu kimi siyasi baxışlarından asılı olmayaraq hər kəsin Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşərək, ordumuzla birgə müqəddəs torpaqlarımızı işğaldan azad edib, şəhidlərimizin ruhuna rahatlıq gətirək.
Qarabağ Departamentinin Sədri: Ş.Ağayev
Bu xəbər oxucular tərəfindən 1132 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed