Şrift:
Avropa Liqasının maliyyələşməsinə daha 60 milyon avro ayrılacaq
10.12.2016 [10:54] - Gündəm, İdman
Futbol üzrə Avropa Liqasının maliyyələşmə xərcləri 60 milyon avro artırılacaq. Bu barədə UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərindəki iclasında qəbul olunub.
Qurumun prezidenti Aleksander Çeferinin təklifi ilə Avroliqaya Çempionlar Liqasından 50 milyon avro əlavə haqq, habelə, təsnifat mərhələləri üçün 10 milyon avro ayrılacaq.
Qeyd edək ki, bu mövsüm Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edib. Onlardan "Kəpəz"lə "Neftçi" Avroliqanın II təsnifat, "Qarabağ" və "Qəbələ" isə qrup mərhələsinədək irəliləyib.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed