10.12.2016 [11:19] - Gündəm, Sosial
Azərbaycanda qaçqınların vətəndaşlıq əldə etməsi proseduru müəyyənləşib.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin 9 dekabr 2016-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Əsasnaməyə əsasən Azərbaycan vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə), yaşayış yerindən ailə tərkibi haqqında arayış, dövlət rüsumunun ödənilməsi haqqında sənəd, Azərbaycanda son beş il ərzində yaşaması barədə yaşayış yerindən arayış, Azərbaycanın dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış, Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti, Azərbaycanda daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin surəti, şəxsiyyəti təsdiq edən sənədin surəti, qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) əlavə olunub. Dəyişikliyə əsasən isə bundan sonra Azərbaycan vətəndaşlığı əldə etmək istəyən qaçqın statusu almış şəxsdirsə, Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti əvəzinə qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surətini təqdim etməlidirlər.
Digər dəyişiklik ərizə-anketə əlavə olunan Azərbaycanda daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsinin surəti ilə bağlıdır. Bundan sonra bunun əvəzində pasportun və ya digər sərhədkeçmə sənədinin surəti tələb olunacaq. Bu halda həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olacaq. Şəxsin ərizə-anketində göstərilən məlumatların həqiqiliyi, habelə şəxsin Azərbaycan Respublikasının ərazisində son 5 ili fasiləsiz olaraq daimi yaşaması Dövlət Miqrasiya Xidməti tərəfindən yoxlanılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 24 iyun tarixli qanunun qaçqınlara vətəndaşlıq verilməsini nəzərdə tutur. Əgər bundan əvvəl qanuna əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanıbsa, qanuna edilən son dəyişikliyə əsasən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti həmdə ona qanunvericiliklə müəyyən edilmiş qaydada qaçqın statusu verildiyi gündən hesablanacaq. Bu qanunun qəbulu ilə əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də edilən dəyişiklik də Azərbaycanda qaçqınların vətəndaşlıq əldə etməsi prosedurunu müəyyənləşdirib.

Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |