Şrift:
Dünya Bankı TANAP-a 400 mln. dollar kredit ayıracaq
10.12.2016 [11:55] - Gündəm, İqtisadiyyat
Dekabrın 20-də Dünya Bankının (WB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin icrasına kreditin ayırılması məsələsinə baxmaq üçün toplanacaq.
Ayrılacaq vəsaitin 400 mln. ABŞ dolları həcmində olacağı gözlənilir.
Məlumatda deyilir ki, borcu Azərbaycan hökumətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC alacaq.
Xatırladaq ki, Cənub Qaz Kəməri layihəsinin bir hissəsi olan TANAP-da SOCAR 58%, BP 12%, BOTAŞ isə 30% paya malikdir.
Bu xəbər oxucular tərəfindən 665 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed