10.12.2016 [12:10] - Gündəm, Mədəniyyət
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında dekabrın 9-da “Rəşid Behbudov” fotoalbomu və “Rəşid Behbudov. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, tədbir nazirlik ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə baş tutub.
Məlumata görə, nəşrlər dünya şöhrətli müğənni, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 100 illiyinin qeyd olunması haqqında dövlət başçısının müvafiq sərəncamına əsasən hazırlanıb.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, R.Behbudov Azərbaycanın çoxəsrlik mədəniyyət tarixinin yetirdiyi böyük simalardan biridir. Ə.Vəliyev müğənnini xoşbəxt sənətkar kimi xarakterizə edib: “Ona görə ki, Rəşid Behbudov hər gün televiziya kanallarında, radio dalğalarında, kitablarda, müxtəlif audio yazılarda xalqın yaddaşında yenidən canlanır, xatırlanır. Azərbaycan xalqı böyük sənətkarı heç zaman unutmayacaq”.
Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, xalq artisti Mübariz Tağıyev, əməkdar incəsənət xadimi Rafiq Seyidzadə və başqaları R.Behbudovun yüksək ifaçılıq məharətindən söz açıblar. Bildirilib ki, R.Behbudovun Azərbaycan vokal sənətində qoyduğu dərin iz və yaratdığı milli vokal məktəbinin ənənələri bu gün də davam etdirilir. Musiqi təhsili sistemində bu məktəbdən bəhrələnməyin zəruriliyi vurğulanıb.

Bu xəbər oxucular tərəfindən 625 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |