Şrift:
A Seriyası: "Roma" "Milan"ı məğlub edərək 2-ci pilləyə yüksəlib
13.12.2016 [11:09] - Gündəm, İdman
Futbol üzrə İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.
Turun son oyununda "Roma" "Milan"la qarşılaşıb.
Oyun paytaxt klubunun 1:0-lıq qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 62-ci dəqiqədə belçikalı yarımmüdafiəçi Raca Nainqqolan vurub.
"Roma" bu qələbə sayəsində xallarının sayını 35-ə çatdıraraq turnir cədvəlində ikinci pilləyə yüksəlib. Bu, komandanın ardıcıl üçüncü qələbəsi olub. "Milan" klubu üçüncü yerdə qərarlaşıb (32 xal). Çempionata 39 xal ilə Turinin "Yuventus" komandası liderlik edir.
Dekabrın 17-də keçiriləcək növbəti oyunda "Roma" səfərdə "Yuventus"la, "Milan" isə evdə "Atalanta" ilə qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed