Şrift:
Rüsvayçılıq: “Deutsche Welle” İstanbuldakı terror aktlarını... uğurlu hesab edir
13.12.2016 [11:32] - Xəbərlər, Bildiriş
“Deutsche Welle” (“Alman dalğası”) agentliyinin müxbiri Çeys Vinter İstanbulda onlarca adamın həyatına son qoyan terror aktlarına münasibətini bildirərkən sevincini gizlədə bilməyib. Üstəlik, utanmaz-utanmaz insan amilinə də məhəl qoymayıb. O, “Twitter”dəki mikrobloqunda qısa məlumatında bu dəhşətli terror aktlarını hətta “həlak olanların sayına görə deyil, daha çox psixoloji baxımdan uğurlu akt” adlandırıb.

Almaniya agentliyinin və onun əməkdaşlarının bu cür mövqeyini necə səciyyələndirmək olar?

Jurnalist silahlıların liderləri ilə, habelə terrorçularla birlikdə rəqs edərək çəkdirdiyi fotoları da iftixarla dərc edib.

Bundan sonra Almaniya KİV-ləri Azərbaycan və Türkiyədən olan həmkarlarına dərs deməyə necə cəsarət edirlər???
Bu xəbər oxucular tərəfindən 892 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed