Şrift:
Suriya ordusu Livan sərhədini keçib
27.03.2012 [16:12] - Gündəm, Hərb
Çərşənbə axşamı Suriya ordusu Livan sərhədini keçərək müxalifətin silahlı dəstələri ilə döyüşlərə başlayıb. Bu barədə TRT Haber telekanalı məlumat verir.
Suriyada hökumət əleyhinə çıxışlar artıq bir ildən çoxdur davam edir. Son aylar bu çıxışlar amansız silahlı toqquşmalara çevrilib. BMT-nin məlumatına görə, ölkədə qurbanların ümumi sayı 8 min nəfərə çatıb. Öz növbəsində, Suriya hakimiyyəti bəyan edir ki, toqquşmalarda 2 mindən çox hərbi qulluqçu və hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Onlara qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparırlar.
Bu xəbər oxucular tərəfindən 1484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed