Şrift:
Partiya sədri: "Siyasi məhbus" oyununda məqsəd qrant almaqdır" MÖVQE
13.12.2016 [15:27] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Dünənə qədər korrupsioner deyib, hər yerdə biyabır edənlər bu gün dövlət tərəfindən haqlı olaraq cəzalandırılan şəxsi müdafiə etməyə çalışırlar. Onların əsas məqsədi həmin şəxslərin vəziyyətlərindən istifadə edib qrant almaqdır”. Bunu SİA-ya Milli Dirçəliş Hərəkatının (MDH) sədri, millət vəkili Fərəc Quliyev Cahangir Hacıyevin "siyasi məhbus" kimi “tanın”ması məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ölkədə kimin hansı mövqe tutmağından və ya status daşımağından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir: “Biri jurnalistdir elə fikirləşir ki, kitabçasından istifadə edib hər nə istəsə edə bilər. Lakin sabah həmin şəxs etdiyi əmələ, cinayətə və ya reketçiliklə məşğul olduğuna görə məsuliyyətə cəlb olunanda adını “siyasi məhbus” qoyurlar. Biri iş adamıdır cinayət edir, digəri məmurdur korrupsiyaya bulaşır onun da adını “siyasi məhbus” qoyurlar. Təbii bütün bunlar tamamilə qərəzli şəkildə ortaya qoyulan münasibətdir. Hətta bu münasibətdən onların ağaları da belə bezib. Çünki hər gün yeni və fərqli siyahı təqdim edirlər. Onların həmin siyahılarda olan insanların vəziyyətlərinin yaxşı olmasında maraqlı deyillər, məqsədləri o şəxslərdən istifadə edib yalnız qrant əldə etməkdir. Bunu cəmiyyət də çox yaxşı bilir. Bu baxımdan düşünürəm ki, mövqesiz davranışlara qarşı şərh verməyə ehtiyac yoxdur”. F. Quliyev əlavə edib ki, mətbuatda radikal müxalifət adlandırılanların heç biri radikal deyil: “Çünki onların heç biri öz mövqeyində kəskin dayanmır və konkret əqidəyə, prinsipə malik deyil. Sözügedənlər çox yumşaq müxalifətdirlər. Onlar istənilən dövlətin əlində mum kimi əriyirlər”.

sia.az
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed