14.12.2016 [10:08] - Gündəm, İqtisadiyyat
Telekommunikasiya qovşaqları və poçt şöbələrində vətəndaşlarla ünsiyyətdə olan əməkdaşlar üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Elektron Hökumət Təlim-Tədris Mərkəzində təlimlər keçirilir.
Nazirlikdən bildirilib ki, təlimlərdə xidmət sahəsində çalışan əməkdaşların elektron xidmətlərdən istifadəsinə dair biliklərinin artırılması nəzərdə tutulur. Buraya cəlb olunan əməkdaşların əldə etdikləri biliklər onların elektron xidmətlər üzrə vətəndaşların müraciətlərini daha dolğun cavablandırmalarını təmin edəcək.
Təlimlər Elektron Hökumət Təlim-Tədris Mərkəzinin Bakıdakı əsas tədris binasında və telekonfrans vasitəsilə Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə, Qazax, Qəbələ, Göyçay, Şamaxı, Şirvan, Şəki, Qusarda yerləşən regional tədris mərkəzlərində təşkil ediləcək. Ümumilikdə təlimlərə 250-yə yaxın əməkdaşın cəlb edilməsi nəzərdə tutulur.
RYTN-in Məlumat Hesablama Mərkəzinin, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının ekspert qismində iştirak etdikləri təlimlərdə “Elektron hökumət” portalından istifadəyə dair mühüm təlimatlar verilir.
Elektron Hökumət Təlim-Tədris Mərkəzi tərəfindən elektron xidmətlər üzrə əməkdaşların təlimatlandırılması və əhalinin maarifləndirilməsi məqsədilə təlimlər mütəmadi təşkil olunur.

Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |