27.03.2012 [16:33] - Gündəm, Siyasət
İranın mübahisəli nüvə proqramı ilə bağlı “altılıq”la müzakirələr aprelin 13-də başlayacaq. “Mehr” xəbər agentliyinin məlumatına görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Ancaq tərəflər arasında müzakirələrin harada aparılacağı hələlik dəqiqləşmədiyi qeyd olunub. Görüşün İstanbul, Cenevrə və ya Vyanada keçiriləcəyi ehtimal edilir. İran isə müzakirələrin yalnız İstanbulda keçirilməsinin tərəfdarı olduğu vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1437 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |