Şrift:
Güney Azərbaycan Xəbərləri
27.03.2012 [16:43] - Güney Azərbaycan-Təbriz
Azərbaycanlı fəalların saxlanılma müddəti uzadılıb
Güney Azərbaycan Xəbərləri





Azərbaycanlı fəalların saxlanılma müdddəti hakim Haşimzadənin qərarı əsasında daha 2 ay uzadılıb.Təbrizin inqilab məhkəməsinin qərarı dünən elan olunub.Saxlanılma müddətləri uzadılan azərbaycanlı fəallar Ruzbeh Səadəti, Məhəmməd Əhədi və Əfşin Şəhbazi Təbriz universitetinin öyrənciləridirlər. Yeni qərarda azərbaycanlı fəal, yazıçı və şair İbrahim Rəşidinin də adı var.Qeyd edək ki, Əfşin Şəhbazi və İbrahim Rəşidi Təbrizdə 2012-ci il yanvarın 23-də (1390-cı il bəhmənin 3-də), Ruzbeh Səadəti və Məhəmməd Əhədi isə 2012-ci il yanvarın 24-də (1390-cı il bəhmənin 4-də) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıblar.

Təbrizdə Urmu Gölü ilə bağlı Kütləvi Yığıncağa “ÇAĞIRIŞ”
Güney Azərbaycan Xəbərləri





Bir qrup Təbrizli müstəqil fəal (mənatiq-i dəhqanə) qarşıdan gələn Təbiət Günü (13 fərvərdin) ilə bağlı Bəyanat yayıblar.
Bəyanatda qısaca deyilir:
“ Azərbaycanın gəlini Urmu Gölü, qərəzli qüvvələr tərəfindən qurudulmaqdadır. Mütəxəssislərin dediyinə görə, artıq Gölün 70 faizdən çoxu duzlağa çevirilib. Təssüflə bu günə qədər dövlət tərəfindən verilən sözlərə əməl olunmayıb və bununlada Azərbaycanın gəlini son nəfəslərini çəkir. Hamımız bilirik ki, Urmu Gölünün ölümü Azərbaycanın ölümüdür.Son iki ildəki kimi bu il də əlimizdə suqabı daşıyaraq Təbiətə çıxıb, və Azərbaycanın gəlininə öz dəstəyimizi nümayiş etdirəcəyik.”Təbriz bazarının bir qrup mübariz şəxsləri də mözvu ilə bağlı Bəyanat yayaraq, gözlənilən yığıncaqda aktiv iştirak edəcəklərini bildirib və Yığıncağın keçirilməsinin vacib olduğunu vurğulayıblar. Bildiriblər ki, “Urmu Gölü susuzdu – Azərbaycan oyanmasa uduzdu” şüarı ilə bir daha öz səslərini İran rəhbərliyinə çatdıracaqlar.
Görüş:
Zaman: 2012-ci il aprelin 1-i (1391-ci il fərvərdinin 13-ü)
Yer:
1) Şah Gölü
2) Azərbaycan meydanı
3) Eynalı dağı


Təbrizdə Urmu Gölü ilə bağlı yazılı parça asılıb
Güney Azərbaycan Xəbərləri





Güney Azərbaycanın Urmu Gölünün qurudulması məsələsi və ona qarşı mübarizə gündəmdən düşmək bilmir.Son günlərdə Gölün qurudulması siyasətinə qarşı reaksiyalar (əksüləməl) daha da kəskinləşib.Mövzu ilə bağlı yaxın günlərdə (Təbiət günü- 13 fərvərdin) keçirilməsi gözlənilən yığıncağa hazırlıqlar gedir. Məlumata görə, bir sıra müstəqil milli fəallar tərəfindən Təbrizdə Sattarxan körpüsündən yazılı parça asılıb. Parça üzərində fars dilində yazılıb ki, “Urmu Gölünə gətiriləcək sular bəs nə oldu?”

İnterpol terrorçuluqda təqsirləndirilən 4 iranlı barədə həbs qərarı çıxarıb
Güney Azərbaycan Xəbərləri





İnterpol İsrailin Hindistandakı səfirliyinin qarşısında avtomobilə bomba yerləşdirməkdə təqsirləndirilən 4 iranlı barədə həbs qərarı çıxarıb.İnterpol dünyanın 109 ölkəsindən Məhəmmədrza Qasımi, Hüseyin Əfşar İrani, Seyidəli Mehdiyan Sədr və Məsud Sədaqətzadənin həbsini istəyib. Bu şəxslərin fotoları İnterpolun saytında yerləşdirilib. Bu barədə APA “əl-Ərəbiyyə” saytına istinadən məlumat yayıb. Qeyd edək ki, bir israilli diplomatın yaralandığı partlayışda İsrail İranı günahlandırıb. Hadisədən sonra Hindistan hökuməti İsrail diplomatına qarşı terror əməliyyatı törədən İran vətəndaşlarının həbsi üçün İnterpola müraciət etmişdi.

“The Sunday Times”: İsrail İranda gizli əməliyyatlar həyata keçirir
Güney Azərbaycan Xəbərləri






“İsrail atom bombası istehsal edib-etməməsi ilə bağlı kəşfiyyat məlumatları almaq üçün İranda gizli əməliyyatlar həyata keçirir”.Bu barədə Böyük Britaniyanın “The Sunday Times” qəzeti yazıb.
Xəbərdə bunun üçün israilli komandosların Şimali İraqdan keçərək İrana girdikləri və gizli əməliyyatlar həyata keçirdikləri bildirilir. Qəzet israilli komandosların dəlil əldə etmək üçün havadakı radioaktivliyi ölçmək məqsədilə xüsusi cihazdan da istifadə etdiklərini yazır. Bundan əlavə, xəbərdə İsrailin bir neçə ildir bölgədə kəşfiyyat əməliyyatları həyata keçirdiyi vurğulanıb.

Xorvatiya İrana qarşı neft embarqosuna qoşuldu
Güney Azərbaycan Xəbərləri







Xorvatiya Avropa Birliyinin İrandan neft idxalına embarqo qoyulması haqqında qərarını dəstəkləyir. Bu barədə Xorvatiya mətbuatı yazıb. Söhbət xam neftin, eləcə də neft kimya məhsullarının idxalının tamamilə dayandırılmasından gedir.

Qadağa həmçinin İrana neft sənayesi üçün avadanlıqların ixracına da şamil edilir. Xorvatiya 2013-cü il iyul ayının 1-dən AB-nin 28-ci tamhüquqlu üzvü olacaq.

Qeyd edək ki, Avropa Birliyi iyulun 1-dən İran İslam Respublikasından neftin idxalına embarqo qoyulması haqqında qərar qəbul edib.


Tehranın çox az vaxtı qaldığına dair xəbərdarlıq
Güney Azərbaycan Xəbərləri






ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətdən çıxmaq üçün Tehranın çox az vaxtı qaldığına dair xəbərdarlıq edib.ABŞ-ın (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətdən çıxmaq üçün Tehranın çox az vaxtı qaldığına dair xəbərdarlıq edib. "Bunu diplomatik yolla həll etmək üçün vaxt var, amma vaxt çox azdır. İran bütün ciddiliyi ilə vəziyyətin tələb etdiyi cəldliklə hərəkət etməlidir" - Barak Obama Cənubi Koreyanın paytaxtı Seulda nüvə sammiti (zirvə görüş) ərəfəsində tələbələr qarşısında çıxışında belə deyib.Barak Obama həmçinin bildirib ki, liderləri ilə təkbətək görüşəcəyi Rusiya və Çinlə birlikdə İranın öz öhdəliklərini yerinə yetirməli olduğu qətnamə üzərində işləyirlər.Tehran öz nüvə proqramının sırf dinc məqsədlərə xidmət etdiyini bəyan edir, Qərb isə İranın nüvə silahı hazırladığını iddia edərək, onu öz nüvə fəaliyyətindən imtina etməyə çağırır.
Suriyada itkin düşən türk jurnalistlərin İran kəşfiyyatının əlində olduğu bildirilir
Jurnalistlərin Türkiyədə yaşayan iranlı müxalifətçilərlə dəyişdiriləcəyi iddia olunur.Suriyada bir müddət əvvəl itkin düşən türkiyəli iki jurnalistin bu ölkədə təsir gücünə malik İran kəşfiyyatçılarının nəzarətində olduğu bildirilir.Məlumata görə, jurnalistləri nəzarətdə saxlayan şəxslər onlardan Türkiyəyə qarşı sövdələşmə vasitəsi kimi istifadə etməyə hazırlaşır. Belə ki, jurnalistlərin Türkiyədə yaşadığı iddia olunan iranlı müxalifətçilərlə mübadiləsinin tələb olunacağı bildirilir.
Bu xəbər oxucular tərəfindən 1970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed