Şrift:
Fərəc Quliyev Umud Rəhimoğluna başsağlığı verib
14.12.2016 [12:34] - Gündəm, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini, KİVDF-nin Müşahidə Şurasının sədri Umud Rəhimoğlunun atası Rəhim Həsən oğlu Mirzəyevin vəfatı ilə bağlı başsağlığı verib. Başağlığnda deyilir:
"Umud Rəhimoğlu şair-publisist və ictimai xadim kimi öz bilik və bacarığından, eyni zamanda təmsil olunduğu məqamlarda daim cəmiyyətin mənafeyinə çalışan bir insandır. İnsanların bu dəyər və düşüncədə yetişdirilməsi ilk növbədə valideyinlərin bacarığı və həyata yanaşması ilə bağlıdı. Bu baxımdan Umud Rəhimoğlunun cəmiyyətə verdiyi faydalarda əsas pay onun valideyinlərinə düşür. Buna görə Umud Rəhimoğlunun atası Rəhim Mirzəyev hamımız üçün olduqca dəyərli bir insan idi. Belə bir dəyərli insanın dünyadan köçməsi bizi olduqca kədərləndirdi. Şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Umud Rəhimoğluna və bütün doğmalarına dərin hüznlə səbr, mərhuma isə Allahdan rəhmət diləyirik."
Bu xəbər oxucular tərəfindən 574 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed