Şrift:
Sarkozinin varidatının həcmi açıqlanıb
27.03.2012 [21:43] - Gündəm
Fransa prezidenti Nikola Sarkozinin varidatının həcmi açıqlanıb. Fransanın rəsmi qəzetlərinin xəbərinə görə, prezidentin sərvətinin 3 mln. avro olduğu bildirilir.
Varidatın əsas hissəsini nəhəng banklardan biri ilə sığorta müqaviləsi təşkil edir. Maraqlıdır ki, Fransa prezidenti heç bir daşınmaz əmlaka və qiymətli kağızlara sahib deyil. Onun adına qeydiyyatda olan avtomobil də yoxdur. Halbuki 5 il əvvəl Sarkozinin adına “Ostin Mini” avtomobili qeydiyyatda olub.
Qeyd edək ki, gələn ay Fransada N.Sarkozinin də qatılacağı növbəti prezident seçkiləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed