14.12.2016 [13:04] - Xəbərlər, DAVAMın yazıları
1918-ci ildə Azərbaycanı bolşevik-daşnak qüvvələrindən təmizləyən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanı ölkəmizdə demək olar ki, böyük əksəriyyət tanıyır, sevir və rəhmətlə anır. Yəni, Nuru Paşa haqqında yeni nə bilgi ortaya çıxırsa Azərbaycan insanı onu oxumağa, öyrənməyə çalışır. Bu, Paşaya qarşı bizim insanlarımızın mənvi borcudur.
Nuru Paşa ilə bağlı rast gəldiyimiz faktları işləyib oxucularımıza təqdim edirik. Belə materiallardan biri də türkiyəli mərhum yazar Uğur Mumcunun arxiv materiallarına əsasən hazırladığı “40-ların cadı kazanı” adlı kitabından Nuru Paşa ilə bağlı olan hissəni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq oxucularımıza təqdim edirik. Yazıda istifadə olunan fotolar türkiyəli araşdırmaçı Atilla Oralın "Nuri Killigil" adlı kitabından götürülüb.
Tarix 1941-ci il, 22 avqust. Almaniya Xarici İşlər Nazirliyinin Türkiyə ilə əlaqələrindən məsul olan müşavir köməkçisi Dr. Ernest Voerman nazirliyin müşaviri Veizsaeçkerə təcili bir hesabat göndərir:
Bu arada Hitler Almaniyasının Xarici İşlər Nazirliyi həmin günlərdə Berlində önəmli bir qonağı qarşılamaq üçün hazırlıq görürdü. Göndərilən həmin hesabat da gələn bu önəmli qonaqla bağlı idi.
Qonaq Kur-fürstendamm 202/4 Berlin W 15 ünvanında yerləşən Viktoriya Carolina Vik pansionunda qalacaqdı.
Altında Voermanın imzası olan 892 saylı alman gizli yazısı belə idi: “...Rintlen telefonla Xarici İşlər Nazirliyinə səfir Von Papendən bir məktub gəldiyini və bu məktubda Ənvər Paşanın qardaşı Nuru Paşa Leypsiq sərgisi üçün Berlinə gələcəyini, eyni zamanda Xarici İşlər Nazirliyində də müəyyən görüşlərdə iştirak edəcəyi barəsində bildirmişdi.”
1940-ci illərin əvvəllərində bir Türk Paşası Almaniyanın Ankaradakı səfiri Frans Von Papen ilə tez-tez İstanbulda görüşürdü. Bu görüşlər saatlarla sürərdi. Bəzən bu görüşlərdə səfiriliyin müşaviri Hilger da iştirak edirdi.
Almaniyaya gələn Paşanın adı Nuru, soyadı da Killigildi.
Səfir Papen ilə Nuru Paşanın arasında olan danışıqların mövzusu Alman ordularının sovet dövlətinə hücumu ilə bağlı idi. Həmin vaxtlar almanlar Nuru Paşanın vasitəsi ilə irqçilik və Turançılıq xəyallarını canlandırmağa çalışırdılar. Voerman həmin gizli yazısında bu görüşlərin məzmununu qısaca olaraq belə nəql edir: “Cənab səfir Von Papen Nuru Paşanın Pan-Turançı hərəkatının rəhbərlərindən biri olduğuna görə, onu Berlinə gəldiyi vaxt qarşılamağımı və Paşanı müşayiət etməyimi istəmişdi. Həmçinin keçirəcəyi görüşlərdə Xarici İşlər Nazirliyinə məxsus qatarda onunla görüşən müşavir Hilgerin də iştirak etməsini təşkil etməyimi xahiş etmişdi. Qeyd edim ki, bu günlərdə cənab Hilgerin Berlinə gələcəyi xəbəri də yayılmışdı.”
Voerman isə 1941-ci il sentyabrın 17-də “U St. S. Pol No: 83” saylı gizli raportunda belə bir dəyərləndirmə edib: “Ənvər Paşanın qardaşı və Pan-Turançı hərəkatı liderlərindən olan Nuru Paşa ilə sentyabrın 11-də görüşmüşdüm. Nuru Paşanın mənə dediyi fikirlər Ankaradakı səfirliyimizin göndərdiyi hesabatlarda da qeyd edilir... Bu görüşləri aşağıdakı kimi sıralaya bilərik”
1. Pan-Turançı hərəkatının məqsədi bu gün Türkiyənin sərhədlərindən kənarda qalan türk xalqlarına müstəqil bir dövlət qazandırmaqdır. Yəni, bu bölgələr Türkiyə tərəfindən alınmayacaq, lakin siyasi olaraq Türkiyəyə bağlanacaqdır.
2. Nuru Paşaya görə ilk olaraq azad ediləcək xalq bu günə qədər Sovetlər Birliyinin sərhədləri içində qalan Şimali İranda (Azərbaycanda) yaşayan türk soyundan gələn xalqlardır. Sovetlər birliyində öncə Azərbaycan və Azərbaycanın şimalında yerləşən Dağıstan tələb edilir. Bundan başqa Kırım və Volqa çayı ilə Ural arasında qalan, yuxarıdan şimala doğru - Tatar Sovet Cümhuriyyətinə qədər uzanan bütün bölgənin hamısını istəyirlər. Qeyd edim ki, bu bölgələrdə yaşayan türk xalqlarının bəzi yerlərdə çox, bəzi yerlərdə isə az olduqları bildirilir. Bölgəyə bütün Türküstan torpaqlarını da qataraq Şərqə doğru hər hansı bir sərhəd çəkilmədən açıq buraxılır.
3. Mənim Atatürkün siyastinə uyğun Türkiyənin tam bir milli dövlət olaraq qalacağı və bugünkü dövlət sərhədlərindən kənar hər hansı bir hədəfinin olmaması ilə bağlı söylədiyim fikirlərimə, Nuru Paşa “Atatürkün düşüncələrinin siyasi məcburiyyət olduğunu və səbəbinin də Sovetlər Birliyinin yaratdığı qorxudan irəli gəldiyi” cavabını verdi. ...Sovetlər birliyininin parçalanmaq üzrə olduğu belə bir dönəmdə bu səbəb ortadan qalxmışdı. Bundan başqa, əvəllər də dediyim kimi, türklərin bu səyləri teritoryal məqsədli deyilmiş.
4. Özünün bu fikirləri üçün öncə Türk hökumətinin və Türk xalqının qazanması yönündəki düşüncələrimi də Nuru Paşa (Bütün Türk xalqının bu planlar əsasında qazana biləcəyini və uyğun zaman gəldiyində bu fikirləri öz fikri kimi mənimsəyəcək bir hökumətin iqtidarı mütləq ələ keçirəcəyini) söyləmişdi.” Alman diplomat Nuru Paşanın hökumətlə olan əlaqələrini də araşdırır... Nuru Paşa Baş Nazir ilə də görüşdüyünü deyir.
Hesabatı oxumağa davam edək: “...Sualımıza cavab olaraq Nuru Paşa özünün bu anda Türk hökumətindən gizli hərəkət etmədiyini vurğulayaraq Berlin səyahətinə çıxmadan öncə Baş Nazirlə görüşdüyünü və onun da bu planlardan xəbərdar olduğunu bildirmişdi. Yeri gəlmişkən, mən də Türk səfirliyinin Nuru Paşanı yüksək səviyyədə təqdim etdiyini bildirmək istəyirəm...
Amma Nuru Paşa siyasətin içində görünmürdü. İş adamı kimi tanınırdı. Xaliç yaxınlığında bir fabrika açıb. Amma yenə də Türkiyədə Turançılığın öndərlərindən biri kimi tanınır. Paşanın 48 yaşı var...”
Alman diplomat Voerman daha sonra hesabatında belə bir dəyərləndirmə aparır:
“1 – Nuru Paşa düşünür ki, Almaniya və Türkiyə bir ittifaqda birləşərlərsə, bu halda sovet hökumətini yıxacaqlar və planlarını həyata keçirmək mümkün olacaq. Bu məsələ ətrafında ictimai rəy hazırlanmışdı. Əgər Sovet dövlətinə hücum zamanı hərbi üstünlük əldə edilərsə, Türkiyə Almaniya ilə ittifaq qurmağı mütləq qəbul edəcəkdir.
2 – Bu fikirlərlə Türkiyədə hansı çevrələrin razı olduğunu soruşduqda, Nura Paşa ordunun böyük bir qisminin bu düşüncələrin tərəfdarı olduğunu söyləmiş və ehtiyac yaranarsa bu məsələdə önəmli rol oynayacaq Qafqaz cəbhəsində səlahiyyət sahibi, eyni zamanda da qohumu olan bir generalın adını vermişdi.”
Alman diplomat hesabatını belə davam etdirir: “Nuru Paşa Almaniyanın bu məsələdə edə biləcəyi köməklik barəsində bunları demişdi:
a) Türk xalqlarının yaşadığı bölgələrdə idarəetmə yerli xalqa və müsəlmanlara verilməlidir. Bu məsələdə indiki şərtlərdə ağıla ilk gələn Kırımdır.
b) Türk əsilli hərbi əsirlər ayrılmalı və Birinci Dünya Müharibəsində olduğu kimi ayrıca bir düşərgədə toplanmalıdır. Bu barədə ən asan iş ilkin mərhələdə müsəlman hərbi əsirlərin bu yolla bir araya toplanmasıdır. Daha sonra bu əsirlər arasında Pan-Turançı hərəkatı üçün xüsusi bir birlik yaradılacaqdır”.
Alman diplomatı Voerman Nuru Paşa ilə daha nələrin danışıldığını da nazirliyə bildirir:
“Nuru Paşa nə qədər səmimi və dostyana da olsa, Birinci Dünya Müharibəsində bəzi almanların davranışlarını tənqid də etmişdi. Yüz minlərlə türkə qəbir olan Gelibolu zəfərini özlərinə çıxmasını türklərin heç də xoş qarşılamayacaqlarını da söyləmişdi. Yeni qurulacaq Türk-Alman işbirliyində bu cür xətalara yol verilməməlidir. Nuru Paşa ərəb siyasəti məsələsində Türkiyənin yalnız Suriya sərhədində bəzi düzəlişlər etməyi arzuladığı və xüsusən də İraq sərhədinə qədər bütün Bağdad dəmiryolunun Türkiyə sərhədləri daxilində qalmasının lazım olduğunu söyləmişdi. Bundan başqa Nuru Paşa ərəblərin dövlət qurma bacarıqlarının da o qədər olmadığı bildirir. Fəqət, buna rəğmən ərəb ölkələri birliyinin qurulmasına çalışmaq lazımdır. Amma bu birliyə Səudiyyə Ərəbistanının və Yəmənin qatılmağına gərək yoxdur. Bu yolla Misir də fərqli bir çərçivədə ələ alınmalıdır. Nuru Paşaya görə belə bir ərəb birliyinin qurulması ən optimal variantdır. Yeri gəlmişkən, Paşa yəhudilərə yaxın olan Suriyanı isə görməzlikdən gəlmişdi. Nə olursa olsun qurulacaq belə bir ərəb ölkələrinin birliyi arxasını Türkiyəyə söykəməli və Türkiyənin vasitəçiliyi ilə Almaniyaya müttəfiq olmalıdırlar.”
Voerman 1941-ci il sentyabrın 17-də göndərdiyi hesabatdan sonra sentyabrın 27-də ikinci hesabatını da yazaraq Xarici İşlər Nazirliyinə göndərir. Hesabat belə başlayır: “11, 18 və 25 sentyabr tarixlərində pan-turançı hərəkatının liderlərindən biri olan Nuru Paşa ilə görüşmüşdüm. İkinci görüşümüzdə isə səfir Von Papen və səfirliyin müşaviri Higerlə birlikdə nahar yeməyində bir araya gəldik.”
Həmin hesabatda Nuru Paşa ilə bağlı bu məlumatlar yer alır: “Nurunun kimliyi haqqında: Onun gəncliyi böyük qardaşı Ənvər Paşanın yanında keçirib. Ənvər Paşanın özü də Pan-Turançı hərəkatının ilk liderlərindən biridir. Ənvər Paşa türklərin çöküşündən sonra müvəqqəti olaraq Moskva ilə əlaqə qursa da, sonradan – 1921-ci ildə Türküstanda bolşeviklərə qarşı döyüşdə vurulub. Nuru Paşanın özü də zabit kimi Trablusqarpda italiyanlara və Birinci Dünya Müharibəsində də Qafqazda ruslara qarşı döyüşmüşdü. Hazırda əlli yaşlarındadır və göründüyü qədəri ilə sağlamlığı da yerindədir. Nuru Paşa bir fabrika sahibidir. Onun romantik Turançı fikirləri Ənvər Paşanı xatırladır.”
Bu arada Voermanın məsələ ilə bağlı fikirlərini oxuyaq:
“Pan-Turançılıq düşüncəsinin təbliğ edilməsinin Almaniyanın çıxarlarına uyğun olub olmadığı barədəki sualınızın dəyərləndirilməsində məncə daha çox indiki taktika ilə praktiki tətbiqetmə arasında fərq qoyumalıdır. İndiki mənfəət məsələsinə gəlincə, Türkiyənin Pan-Turançı düşüncələrini sadəcə Almaniya ilə federativ bir formada reallaşdıra biləcəyi ortadadır. Bu səbəbdən də Pan-Turançı bir Türkiyə məcburən Almaniya tərəfdarı bir Türkiyə olmalıdır. Bu Pan-Turançılıq düşüncələri eyni zamanda da Sovet hökumətindən sonra bir Türk imperializmi anlamına da gəlir. Bütün bunlara əsaslanaraq Pan-Turancı düşüncələr və fərqli mövqe sərgiləyən bugünkü Türk hökuməti də göz önünə alınaraq, ən azından hələlik diqqətlə araşdırılmalıdır. Türkiyəyə bağlı yeni Türk dövlətlərinin yaranmasına fərqli yönlərdən baxılmalıdır. Yeri gəlmişkən, Pan-Turançı düşüncəsində yer alan (məsələn neft bölgəsi olan Mosul, Batum və Bakı ilə trans-Qafqaz bölgəsinin alınması) və Türkiyə ərazilərinin doğrudan da böyüdülməsi kimi planlarını bir yana qoyuram. Baxmayaraq ki, türklərin Mosul bölgəsinə yenidən sahib olmaları bizim neft maraqlarımız səbəbindən əlbəttə ki, dəstəklənməməlidir, ancaq səbrli olmaq lazımdır. Lakin Batum və Bakının türklərə verilməsi qəti şəkildə müzakirə mövzusu ola bilməz. Bundan başqa, mənə görə Türk xalqlarının qarışıq olduğu Qafqaz və Ural-Volqa arasındakı bölgəylə Xəzər dənizinin şərqində yerləşən Türkistan bölgəsi arasında böyük bir fərq vardır. Sovet dövlətinin süqutundan sonra köhnə imperiyanın geniş torpaqları əcnəbilərin yox, almanların nəzarəti altında olmalıdır. Əgər Güney Qafqaz və Ural-Volqa arasında siyasətini Türkiyəyə görə istiqamətləndirəcək və beləcə, dəyişən siyasətin nəticəsində də Türkiyəyə bağlı olacaq dövlətlərin qurulması bizim maraqlarımıza uyğun deyil. Fəqət, Türküstan üçün vəziyyət fərqlidir. Əgər sovet dövləti yetərincə zəiflədilib, İngiltərə də Hindistandan çıxarılmazsa, əlbəttə ki, ingilis imperializmi iqtisadi baxımdan böyük gələcək vəd edən və Türk-Sib dəmiryolu xəttini də ələ keçirmək istəyəcəkdir. Bu ölkə coğrafi mövqeyinə görə gələcəkdə də Alman dövlətinin təsirində olan bölgəyə aid olacaqdır. Buna görə də buralarda Türkiyə tərəfdarı olan Türk dövlətlərinin qurulması dəstəklənməlidir...”
Nuru Paşa əsir düşən rus döyüşçülərindən müsəlmanların ayrı düşərgələrdə toplanmalarını və bunlardan Pan-Turançı hərəkatı üçün döyüşçü kimi istifadə edilmələrini təklif etmişdi.

Rəşad Sahil \enter.news
Bu xəbər oxucular tərəfindən 1079 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |