Şrift:
Cari ilin ilk on ayında bank və kredit təşkilatlarının portfeli 15820,0 milyon manat olub
15.12.2016 [10:17] - Gündəm, İqtisadiyyat
Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz azalaraq milli valyuta ekvivalentində 15820,0 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, ümumi kredit portfelinin 12497,1 milyon manatı və ya 79,0 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 34,9 faizi dövlət, 62,1 faizi qeyri-dövlət bankları, 3,0 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7 faizini təşkil edib.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed