15.12.2016 [10:20] - İdman
Dekabrın 14-də Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu keçirib.
Bakı təmsilçisi Trevizo şəhərində İtaliyanın “Konegliano” komandasının qonağı olub.
Belçikalı baş hakim Arturo di Giacomonun idarə etdiyi görüşün ilk hissəsi gərgin idman mübarizəsi şəraitində keçib. Sonda sevinən tərəf İtaliya komandası olub – 31:29.
İkinci setdə “Konegliano” 25:14 hesablı asan qələbə qazanıb. Üçüncü seti də İtaliya klubu öz xeyrinə başa vurub - 25:22.
Beləliklə, görüş “Konegliano”nun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“A” qrupunun digər oyunu Polşanın “Ximik” və İtaliyanın “Modena” komandaları arasında keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 521 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |