Şrift:
Azərbaycan ilə Braziliya arasında ticarət və investisiya əməkdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb
15.12.2016 [10:20] - Gündəm, İqtisadiyyat
Dekabrın 14-də Braziliya Xarici Əlaqələr Nazirliyinin binasında “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə Anlaşma Memorandumu”nun imzalanma mərasimi keçirilib.

Azərbaycanın Braziliyadakı səfirliyindən bildiriblər ki, sənədi Azərbaycan Respublikası Hökuməti adından ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov və Braziliya Federativ Respublikası Hökuməti adından bu ölkənin xarici işlər naziri vəzifəsini icra edən Markos Qalvao imzalayıblar.

Anlaşma Memorandumu iki ölkə arasında enerji, infrastruktur, kənd təsərrüfatı, innovasiya və turizm sahələrində əməkdaşlığı, həmçinin birgə işçi qrupun yaradılmasını nəzərdə tutur.
Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed