Şrift:
"Azərreyl" Çempionlar Liqasında ilk oyununu keçirəcək
15.12.2016 [10:28] - İdman
Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" komandası bu gün mübarizəyə qoşulacaq. Ölkə çempionunun yer aldığı C qrupundakı ilk rəqibi Polşanın "Dabrova Qornitsa" komandası olacaq.
Bakı Voleybol Mərkəzində keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq. Oyunda ədaləti serbiyalı İvan Lazareviç və italiyalı Stefano Sezar qoruyacaq.
Komanda növbəti ev oyununu fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək. Ev oyunları 18:00-da başlayacaq.
"Azərreyl"in ilk səfəri yanvarın 11-də Türkiyədə "Fənərbağça"nın qonağı olacaq. Həmin ayın 25-də Fransada "Sen-Rafael"lə qarşılaşacaq komanda fevralın 28-də isə Polşada meydana çıxacaq.
Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi "Telekom" ilk görüşünü İtaliyada "İmoko Volley"ə qarşı keçirib. Həmin qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu xəbər oxucular tərəfindən 427 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed