15.12.2016 [12:19] - İdman
"BP-Azerbaijan" şirkəti Azərbaycanın Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə olan tərəfdaşlığının müddətini uzadır. Tərəfdaşlıq müddəti ərzində BP ölkənin milli komandalarına və bir qrup seçilmiş idmançılara 2020-ci ilin sonunadək dəstək verməyə davam edəcək.
Bununla bağlı bu gün tərəflər arasında sənəd imzalanıb. Tədbirdə qeyd edilib ki, ilkin saziş London 2012 Oyunlarından əvvəl, 2012-ci ilin yanvarında imzalanıb və həmin vaxtdan etibarən bu tərəfdaşlıq sazişinin müddəti iki dəfə - 2013-cü ildə 2016-cı ilədək və hazırda 2020-ci ilədək uzadılıb.
Bu gün Bakıda tərəfdaşlıq sazişinin müddətinin uzadılması ilə bağlı keçirilən imzalanma mərasimində çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell bildirib ki, şirkət 2020-ci ilin sonunadək Milli Olimpiya və Milli Paralimpiya komitələri üçün rəsmi enerji və neft-qaz tərəfdaşı olmağa davam edəcək. Onun sözlərinə görə, bu tərəfdaşlıq çərçivəsində bir qrup milli idmançıların Olimpiya və Paralimpiya Oyunları kimi beynəlxalq idman yarışlarına hazırlanmasına dəstək göstəriləcək, habelə Azərbaycanda elit idmançıların inkişafına yardım ediləcək.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, BP şirkəti təkcə Azərbaycanın neft və qaz sənayesi deyil, həm də ölkədə idmanın inkişafına dəstək göstərir. O qeyd edib ki, 2013-2016-cı illəri əhatə edən Olimpiya dövründə bu əməkdaşlıq kifayət qədər zəngin olub: "BP ilə həyata keçirdiyimiz birgə layihələrdən minlərlə könüllü, yüzlərlə idmançı, onlarla məşqçi faydalana bilib".
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov isə qeyd edib ki, tərəfdaşlığın davam etdirilməsi üçün imzalanan sənəd Azərbaycanda paralimpiya hərəkatının daha da sürətlə inkişaf etdirilməsi ilə, növbəti ilin may ayında keçiriləcək "Bakı 2017" IV Islam Həmrəyliyi Oyunlarında və 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında Azərabycan paralimpiyaçılarının daha da yüksək nəticələr əldə etmələrinə böyük töhfə verəcək.

Bu xəbər oxucular tərəfindən 645 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |