16.12.2016 [09:26] - Gündəm, Sağlıq
“Təəssüflər olsun ki, vətəndaşlar poliklinikaya aid olan xidmətləri də təcili tibbi yardımdan tələb edirlər. Bəzi şəxslər poliklinikada vaxtını itirmək istəmirlər, əvəzində isə briqadanı öz qapılarına çağırırlar”.
Bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.
R.Nağıyev qeyd edib ki, stansiyaya gün ərzində daxil olan çağırışların təqribən 35-40 faizi təcili yardım xidmətinə aid olur. Müraciətlərin qalanları təxirəsalınmaz hallar və poliklinika xidmətləri ilə bağlı olur: “Təcili yardım çağırışı qısa müddət ərzində xəstənin həyatına müdaxilə olunmadığı təqdirdə sonu ağır nəticələnə bilən müraciətlərdir. Belə müraciətlər olarkən qısa müddətdə - 15 dəqiqə ərzində hadisə yerinə çatma işini təşkil edirik. Təxirəsalınmaz tibbi yardım isə odur ki, 1 saat ərzində xəstənin həyatına müdaxilə olunmazsa, onun vəziyyəti təcili yardım vəziyyətinə gəlib çata bilər, yəni vəziyyəti ağırlaşar. Qanunla təcili yardım hər bir müraciətə cavab verməlidir. Biz çalışırıq ki, heç bir müraciət cavabsız qalmasın. Ancaq poliklinika xidmətləri ilə bağlı edilən müraciətlər də istər-istəməz işimizə təsir göstərir və nəticədə təcili yardım işini öz istiqaməti üzrə qura bilmir”.

Bu xəbər oxucular tərəfindən 790 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |