Şrift:
“Urmiya gölü Müdafiə Komitəsi” yarandı
11.10.2011 [17:41] - Güney Azərbaycan-Təbriz
Siyasi fəal bir qrup Azərbaycan gənci “Umriya gölü Müdafiə Komitəsi” yaratdılar. Komitənin yaranmasına səbəb fars-molla rejiminin Urmiya gölünü süni şəkildə qurutması ilə bağlıdır.

Bununla bağlı komitənin mətbuat şöbəsinin rəhbəri Faiq Faiqoğlunun bizə verdiyi məlumata görə, “Urmiya gölü Müdafiə Komitəsi” bir sıra aksiyalar keçirməyi planlaşdırır. “İlk aksiya kimi atıq on min ədəd “Güney Azərbaycanda vəziyyət” adlı vərəqə hazırlanıb. Yaxın günlərdə İran səfirliyi qarşısında aksiya keçirilməyi də planlaşdırırıq. Bununla bağlı həm siyasi partiyalara, ictimai təşkilatlara və səfirliklərə də müraciət olunacaq. Bundan başqa Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri, cənab Hüseynqulu Bağırov və bir sıra millət vəkilləri ilə görüşümüz planlaşdırılır. Bir sözlə, bütün ictimai xadimlərin bu komitə ətrafında birləşdirilməsinə çalışacayıq.”
Komitənin təsisçiləri Seymur Həsənli, Xalis Məmmədli, Emil Nəsib, Emin Fərhadi, Murad Salman, Fuad Abdulrəhmanlı, Asim Kazımlı, Əşrəf Elatlı, Elvir Odər, İlqar Türksoy və Faiq Faiqoğludur.
Bu xəbər oxucular tərəfindən 2094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed