Şrift:
Rusiya Xəzərdə hərbi təlim keçirir
28.03.2012 [12:46] - Xəbərlər
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər flotiliyasının gəmilər qrupu Xəzər dənizində təlimlərə başlayıb. Rusiya Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, təlim proqramı çərçivəsində Xəzər flotiliyasının flaqmanı «Tatarstan» korveti də daxil olmaqla "Budennovsk" və "Borovsk" raket katerləri bir ay ərzində Xəzərdə həm təklikdə, həm də gəmilər qrupu tərkibində müxtəlif tapşırıqları yerinə yetirəcəklər.
Təlimlərdə şərti rəqibin suüstü gəmiləriylə artilleriya döyüşü aparılacaq, diversantların sualtı təhdidləri ilə mübarizə, reyddə dayanan gəmilərin mühafizəsi və s. məsələlərə baxılacaq. AK-176 artilleriya sistemlərindən, həmçinin gəmi əleyhinə «Uran» raketlərindən və «Termit» reaktiv atəş sistemlərindən atəş açılması da həyata keçiriləcək. Təlimə aviasiya vasitələri dəstək verəcək.
Bu xəbər oxucular tərəfindən 2765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed