Şrift:
Türk dünyasının tarixi məktəblərindən biri--
16.12.2016 [11:33] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
Türk dünyasının tarixi məktəblərindən biri--
Kürdəmir,Köhnəbazar kənd orta məktəbi
və yaxud
üç əsrin məktəbi--09.02.1881


Azərbaycanın Kürdəmir bölgəsinin Köhnəbazar kənd məktəbinin 135 yaşı tamam olmuşdur.Bu məktəb türk dünyasının ən qədim dünyəvi təhsil ocaqlarından biridir.
Yaxın günlərdə məktəbin tarixi yüksək səviyyədə qeyd olunacaqdır.
Köhnəbazar kənd məktəbinin məzunları cərgəsində onlarla elm adamları,dünya şöhrətli ziyalılar var.Onlardan bir neçəsi dünyanın,eləcə də Türkiyənin nüfuzlu ali məktəblərində dərs deyir.

Qızılımız var bizim,
Bizə zərgər gərəkdir

Gərək yaddan çıxmasın
Məktəblərin tarixi.
Tarix yaşasın deyə
Açaq,tökək arxivi.

İndi məktəbdən vacib
And yerimiz azdır,az.
Məktəbləri unutmaq,
Yaddan çıxarmaq olmaz.

Köhnəbazar məktəbi,
Məktəblərin fəxridir.
Köhnəbazar məktəbi,
Hamı sənlə fəxr edir.

Varımız,dövlətimiz,
Qızılımız çox bizim
Zər qədrin zərgər bilər,
Zərgərimiz yox bizim.

Yubiley toy məclisi,
Tost ,sağlıq yeri deyil.
Yubiley gələcəyə,
Sabaha "yeri" deyir.

135 yaşın var,
Yaşın mübarək,məktəb!
Bu yerlərdə yeganə,
Super məktəb,tək məktəb!....

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
türkoloq.
Bakı.
13.12.2016.
Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed