Şrift:
Azərbaycan millisinin rəqibi məşqçisi ilə yollarını ayırıb
16.12.2016 [12:40] - Gündəm, İdman
Futbol üzrə Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Norveç yığmasının məşqçisi Martin Fayston vəzifəsindən ayrılıb.
Norveç Futbol Federasiyasının rəsmi saytının verdiyi məlumata görə, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Bu, ölkə yığmasında baş məşqçi Per-Matias Höqmonun ardından baş verən ikinci istefa olub. Höqmo uğursuz nəticələri ilə əlaqədar noyabrın 16-da qovulub. 2013-cü ilin payızında Norveç yığmasına gələn M.Foystonun 3 illik müqaviləsinə isə ötən gün xitam verilib.
Qeyd edək ki, ilk görüşdə Bakıda Azərbaycan yığmasına 0:1 hesabı ilə məğlub olan Norveç yığması 4 oyundan sonra 3 xalla qrupda 5-ci pillədə qərarlaşıb.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed