17.12.2016 [11:28] - Gündəm, İqtisadiyyat
2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri 12103,9 milyon manat, xərcləri 12468,2 milyon manat təşkil edib. Büdcənin icrasında 364,3 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,7 faizi qədər kəsir yaranıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, daxilolmaların 23,1 faizi əlavə dəyər vergisi, 14,0 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 7,9 faizi fiziki şəxslərin gəlir vergisi, 4,2 faizi aksizlər, 10,2 faizi digər vergilər, 40,6 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.
Büdcə vəsaitlərinin 23,5 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 17,1 faizi ümumi dövlət xidmətləri, 14,7 faizi sosial müdafiə və sosial təminat, 14,5 faizi təhsil və səhiyyə sahələrinin, 30,2 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.
Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, 2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 12965,5 milyon manat, xərcləri 13927,4 milyon manat təşkil edib, büdcənin icrasında 961,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 1,8 faizi qədər kəsir yaranıb.

Bu xəbər oxucular tərəfindən 478 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |