17.12.2016 [11:30] - Gündəm, İqtisadiyyat
Qazaxıstan 2017-ci ildə “Kaşaqan” neft yatağından 8-9 milyon ton neft hasil etməyi planlaşdırır.
Bu barədə Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyev deyib.
Nazir müavini bildirib ki, bu ilin oktyabr ayında fəaliyyətə başlayan “Kaşaqan” neft yatağından indiyədək 600 ton neft və 400 milyon kubmetr qaz hasil edilib. Yataqdan hasilatın ilin sonuna qədər 1 milyon ton neftə, 680 milyon kubmetr təbii qaza çatdırılması nəzərdə tutulur.
M.Mirzaqaliyev gələn il “Kaşaqan”dan 8-9 milyon ton neft və 5 milyard kubmetr təbii qaz hasil ediləcəyini deyib. O, 2041-ci ilə qədər yataqdan 308 milyon ton neft və 211 milyard kubmetr təbii qaz hasil etməyi planlaşdırdıqlarını qeyd edib: “Neftin barrel qiymətini 50 dollardan hesablasaq, “Kaşaqan” yatağından hasil edilən neftin hesabına 2017-ci ildə ölkə büdcəsinə 135 milyon dollar daxil olacaq”.
“Kaşaqan”da 2 milyard ton çıxarıla bilən neft ehtiyatı və 1,4 trilyon kubmetr təbii qaz ehtiyatı var. “Kaşaqan”da Qazaxıstanla yanaşı, İtaliya, Hollandiya, İngiltərə, ABŞ, Fransa, Çin və Yaponiyadan olan böyük neft və qaz şirkətlərindən ibarət konsorsium işləyir.

Bu xəbər oxucular tərəfindən 487 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |