28.03.2012 [16:02] - Xəbərlər
“Avronest Parlament Assambleyasının Bakı sessiyasına hazırlıq işləri başa çatdırılıb, Azərbaycan tədbir iştirakçılarını qəbul etməyə hazırdır”.Bunu Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov deyib. O bildirib ki, plenar sessiya aprelin 2-də Bakı şəhərində Milli Məclisin binasında başlayacaq və aprelin 4-dək davam edəcək: “Sessiya zamanı daimi komitələrin, Belarus üzrə işçi qrupun iclasları və qurumun plenar iclası keçiriləcək. Komitələr tərəfindən hazırlanmış sənədlərin təklif edilmiş əlavələr və dəyişikliklərlə birlikdə müzakirə edilərək qətnamə şəklində qəbul olunması gözlənilir”.
E. Süleymanov qeyd edib ki, Siyasi məsələlər komitənin həmməruzəçiləri Knut Flekenşteyn və Əli Hüseynli, Enerji təhlükəsizliyi komitəsinin həmməruzəçiləri Algirdas Saudargas və Rasim Musabəyov, İqtisadi inteqrasiya komitəsinin həmməruzəçiləri Paveł Zalevski və Vladimir Veçerko, Sosial məsələlər komitəsinin həmməruzəçiləri isə İliana Malinova İotova və Artak Zakaryandır.
İclası Milli Məclisin sədri Oqtay Əsədov açacaq, sonra iclasa sədrliyi qurumun həmsədrləri Kristian Vigenin və Boris Tarasyuk davam etdirəcəklər. K. Vigenin və B. Tarasyuk başda olmaqla Büro üzvlərinin Azərbaycan prezidenti İlham Əliyev və Milli Məclisinin sədri Oqtay Əsədovla görüşü planlaşdırılır. Komitə iclaslarının işində Azərbaycanın dövlət və hökumət rəsmiləri də iştirak edəcəklər.

Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |