Şrift:
Azərbaycanın iri şəhərlərində 5 “yaşıl market” və 50 “fermer mağazası” qurulacaq
17.12.2016 [11:50] - Gündəm, İqtisadiyyat
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1 235 mln. manat artacaq. Burada birbaşa təsirin təxminən 575 mln. manat, dolayı təsirin isə 660 mln. manat olacağı gözlənilir.
Bu, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində qeyd edilib.
Sənəddə əsas hədəf indikatorlar sırasında qeyd edilib ki, 2020-ci ildə 2015-ci illə müqayisədə ölkənin regionları üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.
Ət istehsalının 20%, süd istehsalının 30% artması, pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə artması, barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1 000 dəfə artması, 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə ümumilikdə 25 kiçik və orta sahibkarlıq subyektinin yaradılması, əlavə 665 mln. manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması, inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması, istehsalçıların suvarma suyu ilə təminatının 20% artırılması, istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5% genişləndirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25% artması, kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25% artması, kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90%-ə çatdırılması; kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20% artması gözlənilir.
Bununla yanaşı, bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20%, özəl baytarlıq xidməti göstərənlərin sayının 30% artması, paytaxtda və iri şəhərlərdə 5 “yaşıl market”in və 50 “fermer mağazası”nın qurulması, 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması, suvarılan torpaqların 30%-nin meliorativ vəziyyətinin yaxşılaşdırılması da əsas hədəf indikatorları sırasında qeyd edilib.
Bu xəbər oxucular tərəfindən 563 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed