Şrift:
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
18.12.2016 [14:01] - Xəbərlər, Bildiriş
Prezident İlham Əliyev bu gün Türkiyənin Kayseri şəhərində törədilən terror aktında ölən hərbçilərlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi.
Biz bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"

Qeyd edək ki, dekabrın 17-də Türkiyənin Kayseri şəhərində hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 13 nəfər şəhid olub, 48-i hərbçi, 7-si mülki şəxs olmaqla 55 nəfər yaralanıb.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed