19.12.2016 [11:20] - Hadisə
Yakutiyada "İl-18" təyyarəsinin qəza enişi zamanı 17 nəfər ağır yaralanıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat veriblər.
"Hadisə yeridən verilən hesabata görə, təyyarə Tiksi aerodromundan 30 km aralıda qəza enişi edib. Təyyarə Kansk aeroportundan planlı uçuş həyata keçirirdi", - qurumdan bildirilib.
Bütün yaralılar Tiksi qəsəbəsinin tibb məntəqəsinə çatdırılıb.
***08:52
Rusiyada təyyarə qəzası baş verib.
Bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
Məlumata görə, hadisə Yakutiyada, Bulunsk rayonunda qeydə alınıb. Belə ki, göyərtəsində əsasən hərbçilərdən ibarət 32 sərnişinin və 7 ekipaj üzvünün olduğu, Kolsovo aeroportundan Yekaterinburqa uçan İl-18 təyyarəsi Tiksi qəsəbəsinin 27-ci kilometrliyində qəzaya uğrayıb.
Qəza nəticəsində cəmi 6 nəfər sağ qalıb. Hazırda xəsarət alanlar təxliyyə edilir.
"RİA Novosti" isə qəza zamanı təyyarənin 3 hissəyə ayrıldığını, lakin yanmanın olmadığını xəbər verib.

Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |