Şrift:
Suriya qoşunları üsyançıların nəzarətində olan Kalaat əl-Madik şəhərinə hücuma keçiblər
28.03.2012 [17:33] - Xəbərlər, Hərb
Suriya hökumət qoşunları bu gün ölkənin mərkəzində yerləşən Kalaat əl-Madik şəhərinə və ətraf yaşayış məntəqələrinə hücuma keçiblər.
Qoşunlar şəhəri iki həftə mühasirədə saxladıqdan sonra hücuma keçmək qərarına gəliblər. Hücumda yüzlərlə hərbçi və zirehli texnika iştirak edir. Üsyançılar başqa şəhərdə olan həmfikirlərindən fərqli olaraq şəhəri tərk etməyərək döyüşə giriblər. Son məlumatlara görə onlar zirehli texnikanı dayanmağa məcbur edə biliblər. İtkilər barədə məlumat verilmir.
Qeyd edək ki, Kalaat əl-Madik şəhəri ölkənin ən qeyri-stabil bölgəsi olan Xama vilayətində yerləşir. Şəhər sakinləri bir neçə ay əvvəl Bəşər Əsəd hökumətinə tabe olmadıqlarını bəyan edib, məmur və polisləri şəhərdən qovublar. Qeyd edək ki, Suriyada xalq üsyanı bir ildən artıqdır davam edir. Bu müddət ərzində hər iki tərəfdən 9 minə yaxın şəxs öldürülüb.
Bu xəbər oxucular tərəfindən 1227 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed