29.03.2012 [12:58] - Xəbərlər
Bakı Yol Polisi paytaxtın küçə və prospektlərində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bir sıra küçə və prospektlərdə aparılan yenidənqurma və təmir-tikinti işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkətində ləngimələr və tıxac yaranıb.
Bölmə rəisi təmir-tikinti işləri aparılan yollar barədə məlumat verib.
Bildirib ki, Azadlıq prospektinə yeni asfalt örtüyü çəkilir, Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsindən Səməd Vurğun küçəsinin kəsişməsinədək təmir-tikinti işləri aparılır.
Zorge küçəsinin Nizami küçəsi ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsinədək olan hissəsinə yeni asfalt örtüyü çəkilir. Sabunçu dairəsi - Zabrat - Maştağa yolunda kommunikasiya xətlərinin çəkilməsi və asfalt örtüyünün dəyişdirilməsi həyata keçirilir.
Mikayıl Müşfiq dairəsinin Mətbuat prospekti ilə kəsişməsindən Badamdar qəsəbəsi istiqamətində yolun hər iki istiqamətində yeni hasarların qurulması, piyada zolaqlarının, səkilərinin salınması, yolun genişləndirilməsi həyata keçirilir.
Neftçilər prospekti boyunca səki daşları dəyişdirilir. Babək prospekti boyunca piyada keçidlərinin salınması ilə əlaqədar olaraq həmin ərazidə tikinti işlərinə başlanılıb.
İdarə sürücülərə həmin istiqamətdə olan yollardan mümkün qədər az istifadə etmələrini, alternativ yollara üstünlük vermələrini, avtomobilləri yolun hərəkət hissəsində saxlamamlarını tövsiyə edir.

Bu xəbər oxucular tərəfindən 1249 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |