21.12.2016 [10:27] - İqtisadiyyat
Qarsda logistik mərkəzin yaradılması yüklərin Azərbaycana daha tez daşınmasına səbəb olacaq.
Türkiyəni yerləşdiyi coğrafi ərazidə böyük logistika mərkəzinə çevirmək, 31 trilyon dollarlıq ticarət yükünü daşımaq, həmçinin Bakı-Tbilisi-Qars layihəsi başa çatdıqdan sonra ilkin olaraq 6,5 milyon ton, daha sonra isə 35 milyon ton yükün daşınması qabiliyyətinə malik olmaq məqsədilə Qarsda logistik mərkəzi inşa ediləcək.
350 min kvadratmetr sahəsi olan logistik mərkəzi 412 min ton yük qəbul edə biləcək. 500 nəfərin çalışacağı mərkəzin dəyəri 100 milyon türk lirəsidir. Azərbaycanla Türkiyəni birləşdirəcək Qars logistik mərkəzinin inşasının texniki əsaslandırılması tamamlanmaq üzrədir.
Həmçinin məlumatda qeyd edilib ki, Qarsdan əlavə Türkiyənin Ərzurum, İğdır, Ərdahan kimi şəhərləri də bu daşımalara cəlb olunacaq. Bunun nəticəsində yüklərin Azərbaycana tez daşınmasına, xarici ölkələrin bu marşrut vasitəsilə daşımalara maraq göstərməsinə nail olunacaq. Bakı-Tbilisi-Qars layihəsi yekunlaşdıqdan sonra Çinlə Avropa arasında olan yükdaşımaların müddəti 15 günə qədər qısaldılacaq.

Bu xəbər oxucular tərəfindən 445 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |