Şrift:
BMM-də kitab təqdimatı
29.03.2012 [13:48] - Siyasət, Qərbi Azərbaycan-İrəvan
“Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” ikicildliyinin təqdimatı olmuşdur
Martın 29-da Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanlıların soyqırımı: Tarixin qanlı salnaməsi” adlı ikicildlik kitabın təqdimat mərasimi keçirilmişdir.
Fundamental ikicildliyin təqdimat mərasiminə həsr edilmiş tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov bildirmişdir ki, biz bu salona tariximizin acı səhifələrindən biri olan 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində toplaşmışıq. Bu kitabın təqdimatının məhz bu gün keçirilməsinin mühüm rəmzi mənası vardır.
A.Aslanov vurğulamışdır ki, bu dəyərli kitabı vərəqləyən hər kəs mənfur qonşularımızın zaman-zaman xalqımızın başına gətirdikləri faciələrin tarixi köklərinə bir daha nəzər salacaq, erməni faşizminin xislətini və erməniliyin mahiyyətini dərindən dərk edəcəkdir.
Tədbirdə tanınmış ictimai-siyasi xadimlər və nüfuzlu alimlərin kitabla bağlı dəyərli fikirləri dinlənilmişdir.
Bu xəbər oxucular tərəfindən 1461 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed