Şrift:
Fərəc Quliyev:-Əgər Qarabağla bağlı bizə verilən söz yerinə yetirilməsə...
23.12.2016 [10:05] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “O zaman Azərbaycan hərbi yolla bu problemi həll edəcək”


Daha bir il başa çatmaq üzrə olsa da, Qarabağ probleminin həlli istiqamətində hələ ki, heç bir irəliləyiş yoxdur.
Maraqlıdır, Qarabağ probeminin hərbi yolla həlli perspektivi varmı? Əgər yoxdursa, o zaman silah-sursata milyonlarla manat məbləğində vəsait sərf etməyə nə lüzum var?

Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev beynəlxalq hüququn Azərbaycana bu problemi hərbi yolla həll etməyə imkan verdiyini vurğuladı:
“Qarabağ problemi və onun həlli ilə bağlı hər hansı fikir deyəndə, proyekt ortaya qoyanda qonşu dövlətlərdə və ya dünyanın hər hansı bir yerində baş verən proseslər nəzərə alınmamalıdır. Azərbaycan ərazisi işğal olunub. Beynəlxalq konvensiyalar da, konstitusiya da Azərbaycanın işğaldakı ərazisinin azad olunmasını mümkün sayır. Əgər bizə söz verildiyi kimi, böyük təşkilatlar bunu slüh yolu ilə həll etməsələr, hansı situasiya olursa-olsun, kənar dövlətlərdə nə baş verirsə-versin, Azərbaycan hərbi yolla bu problemi həll edəcək”.

Seymur Əliyev
Bu xəbər oxucular tərəfindən 762 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed