Şrift:
Şahin Mustafayev: Tarif Şurası elektrik enerjisi və təbii qazın istifadəsində tətbiq olunan güzəştli limiti artırıb
23.12.2016 [10:15] - Sosial
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.

Qeyd edilib ki, bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.

Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisi tariflərinə baxılıb və ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilib.

Qərarların tam mətni Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed