Şrift:
Güney Azərbaycan Xəbərləri
29.03.2012 [15:45] - Güney Azərbaycan-Təbriz
“İranla münaqişənin inkişafı yəqin ki, Azərbaycan və Cənubi Qafqazdan yan keçməyəcək” - MÜSAHİBƏ
Güney Azərbaycan Xəbərləri






Kanzas Universitetinin professoru, Vaşinqton Xarici Əlaqələr Şurasının siyasi şərhçisi Deyl Hersprinq (Dale Herspring) APA-ya müsahibə verib. Qeyd edək ki, D. Hersprinq 32 il ABŞ hərbi dəniz donanmasında, 23 il isə xarici siyasət idarəsində xidmət edib.

- Azərbaycan-İran münasibətlərində mövcud gərginliyi necə qiymətləndirirsiniz? Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən İrana qarşı istifadə edilməsinə heç vaxt yol verməyəcək. Buna baxmayaraq, İran Azərbaycanı İsrailin kəşfiyyat orqanları ilə əməkdaşlıqda günahlandırır. Bu vəziyyətdə Azərbaycan hansı siyasəti yürütməlidir?

- Möhkəm durmaq lazımdır. Nə qədər paradoksal olsa da, bu vəziyyətdən çıxmaqda Bakıya Rusiya kömək edə bilər, çünki Azərbaycan-İran münasibətlərində gərginlik onların marağında deyil. İsrail kəşfiyyatına gəldikdə isə, bu, Bakının işidir. Bu sualın cavabı sədədir. “Hökumətimiz heç bir şərh vermir, kəşfiyyat fəaliyyəti ilə bağlı şərhləri nə təsdiqləyir, nə də inkar edir”.

- İran və Azərbaycan əhalisinin böyük hissəsini şiələr təşkil edən dövlətlərdir, aralarında qohumluq əlaqələri var. Bəs indiki Tehran rejiminin öz şimal qonşusuna antipatiyasının səbəbi nədir?

- Mənə elə gəlir ki (düzdür mən bunu təsdiqləyə də bilmərəm), İran məsələnin İsraillə əlaqədar olmasında əmindir. Əlaqəsiz ideoloji çıxışlardan görünür ki, İran Bakının ona qarşı işlədiyinə inanır. Tehrandan yayılan son şərhlər həm də onu göstərir ki, onlar özlərini kifayət qədər dalaşqan hesab edirlər və əmindirlər ki, bircə sözlə Bakını onların dediyini etməyə məcbur edə bilərlər.

- Bu gün hamı İrana qarşı mümkün müharibədən danışır. Amerikanın İrana hücumu nə qədər realdır?

- Mənə elə gəlir ki, İrana ilk olaraq İsrail hücum edə bilər. Tehran isə elə cavab verəcək ki, guya hər şey Vaşinqtonda hazırlanıb. Bu, əlbəttə, nonsensdir. Amma Tehran boğazları bağlasa, ABŞ-ın dəniz qüvvələri İranın donanmasının (əgər buna donanma demək mümkündürsə) öhdəsindən tez bir zamanda gələcəklər. Sonra isə onlar “HAMAS” və “Hizbullah”la məşğul olacaqlar. Bu məsələdə ruslar haqlıdır, hadisələrin bu cür inkişafı təxmin edilməyən münaqişəyə gətirib çıxarar və yəqin ki, Azərbaycandan və Cənubi Qafqazdan yan keçməz. Yalnız Allah bilir ki, bunun nəticəsi nə ola bilər.

- Bəzi analitiklər belə hesab edirlər ki, gərginlik artsa, İran Azərbaycana hücum edə bilər. Siz bu fikirləri bölüşürsünüzmü?

- Əgər Amerika körfəzdə hücuma keçsə, onda cavab ağır olacaq. Mən nüvə silahını nəzərdə tutmuram. Mən möhkəmlədilmiş və ya yeraltı qurğuları dağıdan bombaları nəzərdə tuturam və nə olursa olsun, bu, İranın donanmasını və digər əsas hədəfləri körfəzin dibinə göməcək.

- Əgər İran ətrafında gərginlik artsa, Azərbaycanın rolu nədən ibarət ola bilər?

- Birincisi, yadınızda saxlayın ki, ruslar bu gərginliyin artmasını istəmir və yeri gəldikdə əsas müttəfiq ola bilərlər. Hər şey Tehranın necə düşünməsindən asılıdır. Mən Bakıdan müsəlman dünyasında ağlın səsi olmağı gözləyirəm. Ümid edirəm ki, Bakı özünü qoruyacaq və ağlın səsinə çevrilərək, Amerika və Rusiyanı sülh uğrunda mübarizədə birləşdirəcək. Bu, mənim şəxsi mövqeyimdir.

ƏRDOĞANIN TEHRAN SƏFƏRİ BAŞLADI
Güney Azərbaycan Xəbərləri





Martın 28-də Tehrana səfər edən Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan İranın xarici işlər naziri Əli Əkbər Salehi ilə görüşüb.Görüşdə qarşılıqlı əlaqələr və bölgədəki proseslər müzakirə edilib.
Baş naziri Tehrana iki günlük rəsmi səfərdə xarici işlər naziri Əhməd Davudoğlu, təbii sərvətlər və energetika naziri Taner Yıldız, iqtisadiyyat naziri Zəfər Çağlayan, ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktar, Türkiyə Silahlı Qüvvələr Baş Qərargahının rəis müavini Hulusi Akar, Milli İstihbarat Təşkilatının rəisi Hakan Fidan, Türkiyə Atom Enerjisi Təşkilatının rəisi Zəfər Alper və digər şəxslər müşayiət edir.
Ərdoğanın Tehran səfərində prezident Mahmud Əhmədinejad, vitse-prezident Məhəmmədrza Rəhimi və İran parlamentinin sədri Əli Laricani ilə görüşəcəyi bildirilir.
Görüşlərdə qarşılıqlı münasibətlərin genişləndirilməsi, bölgədə gedən ən mühüm proseslər və İranın nüvə proqramının müzakirə ediləcəyi gözlənilir.


Malayziya hökuməti İrandan neft idxalını dayandırdı
Güney Azərbaycan Xəbərləri






Bu barədə ölkənin baş naziri Nəcib Rəzzah jurnalistlərə açıqlamasında bildirib. Halbuki Malayziyanın “Petronas” şirkəti 2012-ci ilin aprel ayından etibarən İrandan neft idxalının tamamilə dayandırılacağını açıqlamışdı.Qeyd edək ki, rəsmi Kuala-Lumpurun Tehrandan neft idxalını dayandırmasına səbəb ölkənin adının ABŞ-ın (Amerika Birləşmiş Ştatları) “qara siyahısı”na düşməsidir

İran prezidenti böyük bank oğurluğuna dəstək verməkdə ittiham olundu
Güney Azərbaycan Xəbərləri







“İranda baş vermiş böyük bank oğurluğuna prezidentin də dəstək verməsində şübhə yoxdur”.Bunu İranın Baş Müfəttişlik İdarəsinin sədri Mustafa Purməhəmmədi “khabaronline” saytına müsahibəsində deyib.O bildirib ki, dövlət başçısından nazirlərə, bank müdirlərinədək oğurluq edən qrupu himayə ediblər: “Onlar bu oğurluğun həyata keçirilməsinə dəstək olublar. Odur ki, işinin araşdırılmasının qarşısını almaq üçün çox müqavimət göstərdilər. İstəyirdilər ki, məsələnin üstü açılmasın. Ölkənin iqtisadi və maliyyə sisteminin qarışacağını və zərər görəcəyini deyirdilər”. M. Purməhəmmədi əlavə edib ki, İranın Milli Bankının sabiq rəisi Məhəmmədrza Xavəri bank oğurluğundan başqa bir neçə qanunsuz işdə də iştirak edib.

Təbrizdə Urmu Gölü ilə bağlı vərəqələr yayılıb
Güney Azərbaycan Xəbərləri





İran və Güney Azərbaycanda yeni ilin başlandığı gündən Urmu Gölü ilə bağlı müzakirələr daha da genişlənib.Urmu Gölü ilə bağlı Təbiət günündə keçiriləcək kütləvi Yığıncağın vaxtı yaxlaşdıqca, Milli Hərəkat fəalları təbliği artırlar. Məlumata görə, Bu barədə Təbriz şəhərində minlərlə vərəqə yayılıb. Vərəqələrdə Urmu Gölünün qurudulması məsələsi və faciənin dərinliyinə işarə olunub.
İrana məxsus yük gəmisi Somali quldurlarının əlinə keçib
Somalili dəniz quldurları Maldiv adaları rayonunda İrana aid yük gəmisinə hücum ediblər.Maldiv Milli müdafiə qüvvələrinin məlumatına görə, Hoarafuşi adasının şimal-qərbində quldurlar 23 nəfər heyət üzvü olan «MV. Eglantine» gəmisini ələ keçiriblər.Quldurlar gəminin istiqamətini dəyişiblər. Bölgəyə quldurlarla mübarizə üçün gəmilər göndərilib. Əməliyyatda Maldiv və Hindistan gəmiləri iştirak edirlər.

ABŞ İran aviaşirkətini “qara siyahı”ya saldı
Güney Azərbaycan Xəbərləri






ABŞ Maliyyə Nazirliyi martın 27-də Orta Şərq və Afrika ölkələrinə qanunsuz silah qaçaqmalçılığında günahlandırılan 2 İran şirkətinə və “Sepah”ın “Qüds” qanadının 3 üzvünə sanksiya qoyub.
ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qoyulan şirkətlər İranın “Yas” aviasiya yük təyyarələri şirkəti, “Behine” gəmiçilik şirkəti, “Sepah”ın “Qüds” qanadının üzvləri isə İsmayıl Qəni, Seyid Əli Əkbər Təbatəbayi və Hüseyn (Əzim) Ağacanidir.
ABŞ maliyyə nazirinin maliyyə informasiyası və terrorizm üzrə müavini Devid Kohen jurnalistlərə açıqlamasında İrana qarşı yeni sanksiyalardan danışıb: “İran hökuməti öz mütəxəssisləri vasitəsilə Suriya və Afrikadakı zorakılıqları şiddətləndirməyə çalışır, bu ölkələrə silah və hərbi sursat göndərir. Biz bu kimi fəaliyyətlərlə məşğul olan İran rəsmiləri və şirkətlərinin adlarının ifşasını davam etdirəcəyik”.
Bu xəbər oxucular tərəfindən 1767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed