Şrift:
Fərəc Quliyev İsgəndər Həmidova başsağlığı verib
24.12.2016 [09:56] - Xəbərlər, Bildiriş, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Azadlıq Hərəkatının liderlərindən olmuş, istiqlalçı deputat, sabiq daxili işlər naziri İsgəndər Həmidova həyat yoldaşı Rəna Həmidovanın vəfatı ilə bağlı başsağlığı verir. Fərəc Quliyev keçmiş Hərəkat yoldaşı və istiqlalçı deputat kimi həmkarı olan İsgəndər bəyə üz vermiş bu ağır itgiylə bağlı dərindən sarsıldığını və ona Allahdan səbr dilədiyini bildirir. Fərəc Quliyev şəxsi və sədrlik etdiyi MDHP üzvləri adından Rəna xanıma Allahdan rəhmət diləyib, bütün doğmalarına dərin hüzünlə başsağlığı verir.
Bu xəbər oxucular tərəfindən 789 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed