Şrift:
Dekabrın 26-sı Rusiyada matəm elan olunub
25.12.2016 [17:42] - Gündəm, Bildiriş
Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin Soçidə qəzaya uğraması ilə əlaqədar dekabrın 26-da ölkədə matəm elan olunacağını bildirib.

Prezident V.Putin Avrasiya İqtisadi Şurasının iclasında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa gəlib. “Rossiya 24” kanalına müsahibəsində V.Putin qəzanın ətraflı araşdırılacağını və hadisə nəticəsində ölənlərin ailələrinə yardım ediləcəyini bildirib.

Tədbirdə iştirak etmək üçün Sankt-Peterburqa gəlmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də faciə ilə əlaqədar Rusiya rəhbərliyinə və xalqına başsağlığı verib.
Bu xəbər oxucular tərəfindən 685 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed